hemle

“Həbs edilən icra başçıları YAP-dan çıxarılıb” - Deputat

Tarix:6-05-2020, 15:16
Baxış Sayı:392

“Barələrində həbs-qətimkan tədbiri seçilmiş icra başçıları vəzifədən azad edildikləri kimi "Yeni Azərbaycan" Partiyasının sıralarından da çıxarılıblar”.

Bunu Musavat.com-a açıqlamasında "Yeni Azərbaycan" Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

“Onlara qarşı irəli sürülmüş ittihamlar onu göstərir ki, həmin şəxsləri məhkəmə gözləyir. Bir mənalı olaraq cinayət məsuliyyətinə cəlb edilən şəxslər Yeni Azərbaycan Partiyasının sıralarından azad olunurlar. Partiya dərhal onlarla yolunu ayırır” - deyə Aydın Mirzəzadə qeyd edib.

Aydın Mirzəzadə onu da əlavə edib ki, işdən çıxarılan icra başçıları isə YAP sıralarından uzaqlaşdırılmır: “Bunu bir-birindən ayırmaq lazımdır. Sadəcə cinayət məsuliyyətinə cəlb edilənlər YAP sıralarından çıxarılır. Vəzifədən çıxarılan, vəzifəsi dəyişənlər partiyadan çıxarılmır”.

Xatırladaq ki, bu günə qədər həbs edilən icra başçılarının hamısı "Yeni Azərbaycan" Partiyasının üzvləri idi.

İ.Muradov
Musavat.com

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?