hemle

“Digər icra başçıları rüşvət almağa davam edirlər”

Tarix:2-05-2020, 19:19
Baxış Sayı:438

Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev son dövrdə rayon icra başçılarının həbsi ilə bağlı danışıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Q.Həsənquliyev deyib ki, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə apararaq əməliyyatlar keçirir: “Bir rayonda icra başçısı həbs olunur, sanki bunun o biri rayona aidiyyatı yoxdur. Digər rayonların icra başçıları rüşvət almağa davam edir. Onlar qorxmadan, əminliklə bunu davam etdirirlər. Nədənsə onların məsuliyyətdən yayınacaqlarına dair daxillərində bir inam var.
Əgər bizdə insanlar bilsə ki, rüşvət verdiyinə görə sabah cinayət işi açılanda, onu da məsuliyyətə cəlb edəcəklər, onda qorxub rüşvət verməkdən yayınar. Hesablama Palatası yoxlamalar aparıb nöqsanları aşkar edir və bununla bağlı müvafiq dövlət qurumlarına təkliflər göndərir. Dövlət qurumları isə əziyyət çəkirlər ki, qanunlarda boşluq olsun, onlar da bundan sui-istifadə etsin.
Vüqar müəllim, ( Vüqar Gülməmmədov-red) buna görə də təklifləri bizə göndərin ki, o boşluqları görək və aradan qaldıraq. Biz qanunların icrası ilə məşğul olmuruq deyə boşluqları görmürük”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir