hemle

"Qadınların orduya cəlb olunmasına gülən çox olacaq" - Paşinyan

Tarix:14-09-2023, 15:00
Baxış Sayı:83

"Qadınların orduya cəlb olunmasına gülən çox olacaq" - Paşinyan


"Qadınların orduya cəlb olunma səviyyəsi artırılmalı, qadınlar üçün yeni fəaliyyət sferası yaradılmalıdır".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, Ermənistanda hərbi xidməti başa vurmuş qadınlar xidmət müddətinin sonunda bir milyon dram alacaqlar: "Gəlin gizlətməyək, əvvəldən şübhələr çox olacaq, gülüşlər olacaq, amma ən əsası odur ki, biz problemə ciddi yanaşırıq. Orduda qadın və kişi anlayışı yoxdur, orduda əsgər və ya hərbçi var".

O, hökumətin iclasında iştirak edən müdafiə naziri Suren Papikyana da müraciət edərək qış çağırışında qadınların olmasına diqqət yetirməyə çağırıb.

Digər xəbərlər
21:28 Hindistan və Pakistan buna görə 3 dəfə müharibə edib
21:26 İran və ABŞ razılığa gəldilər - Yaxın vaxtlarda...
21:23 Roma Papasından dünya liderlərinə ÇAĞIRIŞ
21:20 Beyin qanamaları genetik də ola bilir - Neyrocərrahdan açıqlama
21:18 Ankara MƏQSƏDİNİ AÇIQLADI - “Hər kəs masanı alt-üst edərkən...”
21:14 Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?
21:12 Bu ölkədə “Telegram” “düşmən aləti” adlandırıldı
14:38 Ukrayna görüşə hazırdır, sabahdan... - Zelenski Rusiyadan hansı addımı gözlədiyini açıqladı