hemle

Bu kənddə yasda yemək qadağan edildi - Deputat təklifi dəstəklədi

Tarix:11-09-2023, 20:09
Baxış Sayı:62

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib.

Bu barədə kəndin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ötən gündən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək.

Qeyd olunub ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin mərasimdə sakinlər iştirak etməyəcək.

Deputat Fazil Mustafa "faceook" paylaşımında bu qərarı dəstəklədiyini bildirib: "Burada bir elan qarşıma çıxdı, çox ağıllı və faydalı bir təklif verilib. Şərur rayonu Mahmudkənd ağsaqqalları qərar qəbul ediblər ki, bundan sonra yasda yemək ehsanı verilməsin. Ürəyimcədir, vacibdir, alqışlayıram, dəstəkləyirəm. Sadəliyi sevən, yekəxana olmayan, özündən yeni bir İslam dini kəşf etməyən, ölüsünə ancaq yeməklə savab qazandırmaq istəməyən hər bir ağıllı insan üçün bir örnək davranışdır.

Bununla belə, hər kəsin israfçılıq etmək, özünə lazımsız sıxıntı yaratmaq, öz ağlını mollanın ağlına təslim etmək, xeyli xərc çəkib verdiyi bir neçə növ yemək ehsanı ilə lovğalanmaq hüququ saxlanılır", - deyə deputat vurğulayıb.

Bu kənddə yasda yemək qadağan edildi - Deputat təklifi dəstəklədi

Digər xəbərlər
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?
09:37 "TikTok" yetkinlik yaşına çatmayanlara gözəllik filtrlərindən istifadəni qadağan edəcək
09:33 "Instagram"dan yeni sevindirici funksiyalar
09:28 Azərbaycanda 29 yanvara seçki təyin edildi