hemle

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının vaxtı açıqlandı

Tarix:1-08-2023, 17:46
Baxış Sayı:311

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi avqustun 6-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Digər xəbərlər
18:07 Ermənistanın xarici dövlət borcu artıb
18:05 Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər - AÇIQLAMA
17:13 Alimlərdən Yerin dərinliklərindən fəlakət xəbərdarlığı
17:11 Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:07 Kiyevə dron hücumu: 10-dan çox yaralı var
17:05 “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi
17:03 Sürücülərin nəzərinə!
16:59 Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı - Deportasiya edildi