hemle

Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı

Tarix:2-08-2021, 11:51
Baxış Sayı:302

4 avqust 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi və hərbi liseylərə qəbul imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Hər iki imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi";

- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan və liseylərə qəbul imtahanında iştirak edən abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün 966 namizəd qeydiyyatdan keçib. Hərbi liseylərə qəbul imtahanında isə 1911 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 13 imtahan binası, 208 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 269 nəzarətçi–müəllim, 26 buraxılış rejimi əməkdaşı cəlb olunub.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar