hemle

"Orbita" MTK-dan yazanlar dövlət qurumlarının səlahiyyətlərinə müdaxilə etmiş olurlar

Tarix:13-07-2023, 09:18
Baxış Sayı:60

Son iki-üç gündür ki, hazırladıqları məqalələrdə ciddi qrammatik səhvlərə yol verən, iştahalarının artması səbəbindən rəsmi dövlət qurumlarına aid olan müəyyən səlahiyyətlərə müdaxilələr etməyə çalışan, daha dəqiq desək ictimai fikirdə çaşqınlıq yaratmaqla "Orbita" Mənzil-Tikinti Kooperativinin işgüzar nüfuzunə xələl gətirməyə çalışan bəzi media qurumlarının fəaliyyətləri, bu gün də böyük şübhələrə yol açmaqdadır. Çünki, adının çəkilməsini istəmədiyimiz həmin media qurumları, son iki-üç gündür ki, iş-güclərini buraxıb sanki şou düzəltməklə məşğul olurlar. Yəni, "Orbita" MTK-nı hədəfə götürənlər, sanki ölkəmizdə və dünyada baş verən ən ciddi hadisə və prosesləri unudurlar və bu şirkətin fəaliyyəti ilə bağlı şər-böhtan yaymağa üstünlük verirlər. O halda sual oluna bilər ki, bu cür qərəzçiliyin, bu cür yanaşmanın kökündə nələr durur? Axı, həmin həmin media qurumları necə və hansı yollarla müəyyən edə bilirlər ki, "Orbita" MTK tərəfindən inşa olunan binalar zəlzələyə 0% davamlı olurlar? Guya ki, belə bir məlumatlar şirkətin rəsmi internet saytında dərc olunub. Bu qədər yalan, bu qədər şər-böhtan olmaz. Məsələnin düşündürücü tərəfi odur ki, belə bir əsassız məlumatları yayanlar onu undurlar ki, "Orbita" MTK ölkəmizin tikinti sektorunda kifayət qədər otruşmuş şirkətlərdən biridir. Bundan əlavə, bu şirkətin indiyə kimi inşa etdiyi yaşayış binaları olduqca keyfiyyətli inşa olunduğundan, bir kimsə yaşadığı mənzilində baş verən, yaxud da üz-üzə qaldığı ciddi problemin varlığını ortaya qoymayıb.

"Orbita" MTK-dan yazanlar dövlət qurumlarının səlahiyyətlərinə müdaxilə etmiş olurlar

Digər tərəfdən, onu da unutmaq olmaz ki, "Orbita" MTK-nın inşa etdiyi binaların keyfiyyət göstəricisi ilə bağlı rəsmi dövlət qurumları rəy verirlər. Yəni, belə bir rəylər olmadan inşa olunan binalar heç cür istismara verilmir. Belə bir səlahiyyətlər də, məhz rəsmi dövlət qurumlarına aid olan məsələlərdir. O halda ortaya sual çıxır ki, əgər bu şirkətin inşa etdiyi binaların zəlzələyə davamlılığı 0%- dirsə, nə əcəb həmin binalar istismara verilir? Deməli, "Orbita" MTK haqqında əsassız məqalələr yayımlayanlar rəsmi dövlət qurumlarının səlahiyyətlərinə aid olan məsələlərə bir növ müdaxilə etməklə, hansısa niyyətlərinə nail olmaq istəyirlər. Unutmayaq ki, el arasında belə bir deyim var “Yalan ayaq tutar, amma yeriməz”. Bəli, bu əslində belədir. Çünki, bəzi media qurumları "Orbita" MTK haqqında nə yazsalar da, hansısa şər-böhtanı ictimaiyyət arasında yaysalar da, onların yalanları heç cür ayaq tutub yeriməyəcək. Çünki, reallıq ortadadır və tam əksəriyyət bu şirkətin fəaliyyətini yetərincə qiymətləndirirlər.

Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti