hemle

DİQQƏT: BUNU EDƏN XƏBƏR SAYTI RƏHBƏRLƏRİ HƏBS EDİLƏ BİLƏR — BU PROQRAMLA TAPIRLAR…

Tarix:22-04-2020, 21:02
Baxış Sayı:456

“Azərbaycanda saytların oxunma sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Saytlarda sayğaclar var və onu sadəcə inzibatçılar görə bilir. Süni rəqəm yaratmaq investorları və reklamçıları aldatmaq deməkdir. Bunun nəticəsi həbsdir. Ən yaxşı halda investor layihədən çıxa, yaxud inzibatçını kənarlaşdıra bilər. İnvestorlar və reklamçıların bu cür insanları məhkəməyə verməsi də mümkündür”.

ONN media xəbər verir ki, bu sözləri danışarkən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib. O bilidirib ki, Azərbaycan internet sistemində kibercinayətkarlıq, hüquq pozuntularının qarşısının alınması ilə bağlı cəzalandırma o qədər də tətbiq olunmayıb:

“Saytların oxunma sayının şişirdilməsi onunla əlaqədardır ki, hər bir saytın arxasında investor durur. Buna görə də onlar müəyyən mənada reklama maraqlıdırlar. Bəzən də reklamçılara bağlı olurlar. Bu qlobal problemdir və hər yerdə bu cür məsələlər var. Sayt rəhbərləri, inzibatçıları müəyyən mənada istifadəçilərin sayını artırmaqla, reklamçılar üçün saytları daha cəlb edici edirlər. Lakin ABŞ, eləcədə Avropa ölkələrində real olaraq bu cür əməllər cinayət xarakteri daşıyır. Qanunvericiliyi pozmuş şəxslərə qarşı müxtəlif formalarda cəzalar tətbiq olunur”.

İKT mütəxəssisi qeyd edib ki, belə saxtakarlığı aşkar etməyin yolları da var:

“Adətən investorlar internetdən uzaq insanlar olurlar. Çünki, bu işlə məşğul olmaq üçün texniki biliyə ehtiyac var. Buna görə onlara mütəxəssislər kömək edə bilərlər. Müəyyən proqramlar, tətbiqlər var ki, onların köməyi ilə oxunma sayını müəyyənləşdirmək mümkündür. Bəzi qlobal resurslar var ki, bu proqramlara istədiyimiz saytın URL ünvanını daxil edərək, təxmini sayı öyrənmək olar”.(redaktor.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış