hemle

Elektron Təhlükəsizlik Xidməti media qurumlarına xəbərdarlıq edib

Tarix:14-03-2023, 16:59
Baxış Sayı:102

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına görə, son günlər media qurumlarına məxsus sosial şəbəkə və sosial media platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir.

Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hesablar fişinq və digər hücumlar nəticəsində ələ keçirilir. Bəzən istifadəçilərin e-poçt və sosial şəbəkə hesablarının mesaj bölməsinə şifrin dəyişdirilməsi, sosial şəbəkə və sosial media platformasında qayda və şərtlərin yenilənməsi ilə bağlı saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərin hesab məlumatlarını qarşı tərəfə təqdim etmələri onların hesablarının oğurlanması ilə nəticələnir.

Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə bunları tövsiyə edir:

Şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmayın;

Çətin və unikal şifrlərdən (https://bit.ly/3LrQROW), eləcə də ikimərhələli autentifikasiyadan (https://bit.ly/3JAPJav) istifadə edin;

Sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olun;

İctimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış edin.

Müvafiq təhlükə ilə qarşılaşan media qurumları “1654” qaynar xətti, www.cert.az saytı və[email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilər.

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR