hemle

Azərbaycanda satılan bu qəndlər zərərli imiş...

Tarix:10-07-2023, 20:46
Baxış Sayı:205

Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan “Bolluq” MMC-nin istehsal müdiri məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə Nadir Tağıyev (ad-soyad şərtidir) malın keyfiyyətinə dair istehlakçıları aldatmaqla təqsirləndirilib.

Belə ki, şirkətin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsində satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulub.

Bu addım qəndin ağardılmasına hesablanılıb.

Adiyyəti dövlət qurumlar tərəfindən şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 13-cü kilometrdə yerləşən anbarında aparılan yoxlamalar nəticəsində 33.243,81 manat dəyərində “Oman”, “Əla
keyfiyyətli kəllə qənd” və “Bolluq” markası ilə müxtəlif çəkidə qablaşdırılmış qəndlər aşkarlanıb.

Qeyd edək ki, qəndin tərkibində kükürd dioksidin normadan artıq olması
insan sağlamlığı üçün riskli hesab olunur. Belə ki, qeyd olunan maddə insan orqanizmində tənəffüs yollarının disfunksiyasına, həmçinin mədə-bağırsaq pozğunluqlarına səbəb olur.

Məhkəmə istehsalat müdirinin 7 min manat cərimələyib. Bundan başqa, o, 1 il ay müddətində dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

“Qafqazinfo”

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?