Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dövlətə 13 milyon manatdan artıq ziyan dəyib.
Sabiq nazir həmin məbləğin 6 milyon 974 min manatını ödəyib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi qalan məbləğin də ödənilməsini istəyib.
***
16:03
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub.
Report xəbər verir ki, təqsirləndirilən şəxsə məxsus bir neçə milyonluq manat dəyərində daşınmaz əmlakın üzərinə həbs qoyulub.
S.Müslümova məxsus əmlakları bunlardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov pr. ev 13 v, mənzil 38
2. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov prospekti 7 a, mənzil 3
3. Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi
4. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422 məhəllə, ev 53, mənzil 108
5. Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 69 və 71
6. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 51
7. Bakı şəhəri, Binəqədi rayonu, 6-ci mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri
8. Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsi, məhəllə 2942 ünvanda yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.
Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Aparılan yoxlamalar zamanı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
S.Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.