hemle

Səlim Müslümovun da “Azəriqaz”a borcu var imiş - 200 min manat...

Tarix:22-06-2020, 21:14
Baxış Sayı:407

Sabiq nazirə məxsus istixana fəaliyyətə başladığı gündən müxtəlif bəhanələrlə ödənişdən yayınıb...

Ağsu şəhəri Koroğlu küçəsində yerləşən, keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus istixananın istifadə edilmiş qaza görə “Azəriqaz”a 200 min manatdan çox borcu var.
sozcu.az məlumata görə, 2016-cı ilin fevral ayından fəaliyyətə başlayan istixanada fəaliyyətə başlayandan bu günə kimi istifadə edilmiş təbii qazın dəyərinin ödənişi ilə bağlı bütün dövrlərdə çox ciddi problemlər olub.
Sabiq nazirə məxsus istixana fəaliyyətə başladığı gündən müxtəlif bəhanələrlə ödənişdən yayınıb.
“Azəriqaz” İstehsalat Birliyi, fəaliyyətə başlayanda “Aqrotexsevis” MMC, daha sonra isə, naməlum səbəbdən türk iş adamına verilərək adı “Formes.az.group” kimi dəyişdirilən istixananı məhkəməyə verərək qətnamə çıxarılmasına nail olsa da, bu günə qədər Şəki İnzibati İqtisad Məhkəməsinin qətnaməsi icra olunmadan qalıb.
Əldə etdiyimiz məlumata görə, istixanaya qaz verilişi borca görə dəfələrlə dayandırılsa da, Səlim Müslümov öz şəxsi nüfuzundan istifadə edərək, qazı qoşdurmağa nail olub.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
hemlemedia.az

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı