hemle

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Vətənim" adlı ilk fərdi yaradıcılıq sərgiləri təşkil olundu

Tarix:25-06-2023, 18:04
Baxış Sayı:188

24 iyun layihə rəhbəri Aygün Əzizovanın olduğu Beynəlxalq Qalereyanın, Lənkəran Regional Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə lənkəranlı rəssamlar Həyat Şirvanova , Raminə Qurbanova , İlahə Şirvanovanın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Vətənim" adlı ilk fərdi yaradıcılıq sərgiləri təşkil olundu. Sərgidə rəssamların vətənpərvərlik ruhunda 40 müxtəlif janrlarda əsər və portretləri nümayiş olunurdu. Sərgini giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət Mərkəzinin nəznində Lənkəran Uşaq Rəssamlıq Məktəbinin direktoru Xəzər İbrahimov sərgidə iştirak edən qonaqları salamladı. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhun bir dəqiqəlik sükutla yad olunmasını rica etdi. Xəzər müəllim çıxışında Lənkəranda yerli sənətkarların tanıdılmasından və sənətkarlığın inkişafından söz açdı. İlk fərdi yaradıcılıq sərgisi olan hər üç xanıma uğurlar arzuladı. Çıxış üçün sözü Beynəlxalq Qalereyayanın direktoru Elnurə İsgəndərovaya verdi. Elnurə xanım Lənkəranda yüksək qarşılanma və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Vətənim " adlı ilk fərdi yaradıcılıq sərgisinin yüksək səviyyədə təşkil olunmasının təqdirə layiq olduğunu bildirdi. Həyat , Raminə və İlahə xanımın rəssam olaraq sərgilərdə fəal fəaliyyətlərindən söz açdı. Çıxışçılardan Xalq artisti Eldost Bayram , xalçaçı rəssam Minarə Bayramova , Türkiyədən olan rəssam Ahmet Naim Pir, foto rəssam Mehriban Zeynalova , rəssam Tamerlan Məmmədov, neftçi, rəssam Xalid Bağırov, müəllim Bahar Bağırova, Lənkaran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Mənsur Ağayev , el ağsaqqalı Seydəmir Şirvanov, Həyat xanımın qardaşları Əli Qurbanov, Valeh Qurbanov
sənətkarlara uğurlar arzulayıb, belə sərgilərin davamlı olmasını arzuladılar. Sonda Beynəlxalq Qalereya və Lənkəran Regional Mədəniyyət İdarəsi adından rəssamlar ilk fərdi yaradıcılıq sərgilərinə görə diplomla təltif olundular. Ənənəvi olaraq rəssam tortu kəsildi. Qonaqlar Həyat xanımın hazırladığı Lənkəran mətbəxinin ləziz təamlarından daddılar. Sonda xatirə fotoları çəkildi.
Müxbir: Aygün Oqtay
















Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ