hemle

Rusiyanın müdafiə naziri haradadır?

Tarix:25-06-2023, 11:37
Baxış Sayı:77

"Vaqner"in qısa müddətli üsyanı Rusiyada panika yaratsa da, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yoxa çıxması yeni iddialar ortaya çıxardıb.

Belarusun vasitəçiliyinin sonunda “Vaqner”in lideri Yevgeni Priqojin muzdlu dəstəni geri çəkib və bu proses boyu səssiz qalan Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə ortada görünməyib.

Dünən axşam mövzu ilə bağlı açıqlama verən və müdafiə nazirliyində hər hansı bir işdən çıxarılma ilə bağlı sualları cavablandıran Kremlin sözçüsü Dmitri Peskov, "Bu məsələlər Putinin səlahiyyətindədir" şərhini verib.

Uzun illər müdafiə naziri vəzifəsində çalışmış 68 yaşlı Şoyqu Putinin yaxın kadrları arasında Sovet İttifaqı dövründə kəşfiyyat bölməsində xidmət etməyən biri kimi seçilir. Britaniyanın "Sunday Times" qəzeti Şoyqunun qovulmuş ola biləcəyini şərh edib.

Nəşrin məlumatına görə, Şoyqu günlərdir ictimaiyyət qarşısına çıxmır:

“Əgər qovulma iddiaları doğrudursa, bu, "Vaqner"in lideri Priqojini sevindirər. O, son həftələr Şoyqunu çox tənqid edib".

Digər xəbərlər
09:11 Pakistan Hindistana cavab olaraq genişmiqyaslı hərbi əməliyyata başlayıb
09:09 Hind şirkətləri Azərbaycana tur paketlərin satışını DAYANDIRDI
09:07 Müharibəyə başlamaqdan başqa seçim yoxdur - Pakistanın müdafiə naziri
09:05 İqtisadçı ekspert Ermənistandakı acınacaqlı vəziyyətdən danışdı
09:02 Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
22:18 WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
22:15 Bu şəxslərə ömürlük 1500 manat verilir
22:13 Bu dərmanları pulsuz ALACAĞIQ