hemle

Pakistan Hindistana cavab olaraq genişmiqyaslı hərbi əməliyyata başlayıb

Tarix:Bu gün, 09:11
Baxış Sayı:440

Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Bu barədə "Geo TV" kanalı mənbələrə istinadən xəbər verir.

Onların məlumatına görə, Pakistan Silahlı Qüvvələri Hindistan ərazisində çoxsaylı strateji hədəfləri vurur, Bisdə "BrahMos" raket anbarının məhv edilir.

Daha əvvəl Pakistan ölkənin hava məkanının müvəqqəti bağlanmasını elan edib.

Pakistan hava məkanını Hindistanın zərbələri səbəbindən saat 03:15-dən (Bakı vaxtı ilə 02:15 - red.) 12:00-dək (Bakı vaxtı ilə 11:00 - red.) bütün uçuşlar üçün bağlayıb.

03:00

Hindistan Pakistanın Ravalpindi şəhərində yerləşən Nur-Xan Hərbi Hava Qüvvələri bazasını atəşə tutub.

Hücum nəticəsində partlayış baş verib və bazada yanğın başlayıb.

Eyni zamanda, Pakistanın Təhlükəsizlik Xidməti bildirib ki, Nur-Xan bazasında baş verən partlayış Hindistana məxsus pilotsuz uçuş aparatının (PUA) məhv edilməsi ilə əlaqədardır.

Bundan əlavə, Pakistanın bir neçə şəhərində Hərbi Hava Qüvvələri bazalarına qanadlı raketlərlə zərbələr endirilib. Zərbələrin qarşısının alındığı bildirilib.

Digər xəbərlər
12:21 Bu məhsul bütün rəflərdən yığışdırıldı - Tərkibində ölümcül bakteriya var
12:19 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
12:17 Sabah 31 dərəcə isti olacaq
12:09 Leyla və Arzu Əliyevaların iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirildi
12:06 Ordumuzun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutuldu
09:11 Pakistan Hindistana cavab olaraq genişmiqyaslı hərbi əməliyyata başlayıb
09:09 Hind şirkətləri Azərbaycana tur paketlərin satışını DAYANDIRDI
09:07 Müharibəyə başlamaqdan başqa seçim yoxdur - Pakistanın müdafiə naziri