hemle

Putin əhaliyə müraciət edəcək

Tarix:24-06-2023, 10:28
Baxış Sayı:130

Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda əhaliyə müraciət edəcək.

hemlemedia.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun ölkədə baş verən son hadisələr barədə çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, ötən gün "Vaqner" rəhbəri Yevgeni Priqojinin teleqram kanalında səs yazıları yayılıb. O, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür.

Digər məlumata görə, “Vaqner”in rəhbəri Yevgeni Priqojin Rostovdadır. Şəhərin “Vaqnerçi”lər tərəfindən ələ keçirildiyi iddia olunur.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir