hemle

Laçında yaralanan hərbçimiz əməliyyat olundu - Video

Tarix:19-06-2023, 16:31
Baxış Sayı:120

Laçın-Xankəndi yolunun başlanğıcında qurulan “Laçın” Sərhəd Nəzarəti Məntəqəsində xidmətdə olarkən erməni təxribatı nəticəsində güllə yarası alan hərbi qulluqçu Elşən Rüstəmov əməliyyat olunub.

“Qafqazinfo”nun əməkdaşı Elşən Rüstəmovun müalicə olunduğu Klinik Tibbi Mərkəzə (KTM) baş çəkərək onunla görüşüb, vəziyyəti ilə maraqlanıb.

Həmçinin oxuyun: Access2Success: новый старт в бизнесе для женщин

Söhbət zamanı gizir Rüstəmov düşmən təxribatı ilə üzləşməsindən danışıb:

“Xidməti ərazimizdə üçrəngli zəfər bayrağımızı ucaldarkən düşmən növbəti dəfə təxribata əl atdı, bizi atəşə tutmağa başladı. Bu zaman mən sol ayağımdan güllə yarası aldım. Bundan sonra dərhal heyətimiz tərəfindən Füzuli rayonu ərazisindəki hərbi hospitala yerləşdirildim. Orada mənə ilkin tibbi yardım göstərildi, həkim tövsiyyəsi ilə Bakıya göndərildim”.

Hadisədən sonra KTM-də əməliyyat olunan hərbçimiz hazırda özünü yaxşı hiss edir: “Mənə göstərilən diqqət və qayğıya görə klinikanın həkimlərinə və Dövlət Sərhəd Xidməti rəhbərliyinə təşəkkür edirəm. Tez bir zamanda ayağa qalxıb sərhədçi peşəmi davam etdirəcəyəm. Sərhədçi olmağımla qürur duyuram!”

Sail Ağasəlim
Video - foto: Pərvin Zeynal

Digər xəbərlər
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar
08:25 "Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq
08:20 Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
08:17 Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
08:15 Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər