hemle

Laçın sərhəd-buraxılış məntəqəsi atəşə tutuldu, Sərhədçimiz yaralandı (YENİLƏNİB)

Tarix:15-06-2023, 10:30
Baxış Sayı:94

Bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.


Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.

***09:40

Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.

“Caliber” xəbər verir ki, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb.

Bildirilib ki, yaralanan sərhədçinin vəziyyəti stabildir, ona ilkin tibbi yardım göstərilib.

Məlumata görə, təxribat bu gün səhər saatlarında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması zamanı baş verib.

Hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...