hemle

Ermənistanın qonşu ölkələrə qarşı ekoloji terroru davam edir. FOTOLAR.

Tarix:8-06-2023, 14:31
Baxış Sayı:127

• Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Həmin zavodun tikilməsi həm Türkiyə, həm də Azərbaycan üçün çox böyük bir təhlükə olacaq. Hətta Ermənistan özü də bundan ziyan görəcək.
• Metsamor AES-in mənfi təsirlərinə məruz qalmaqdan qurtulmadan ikinci bir zərərli müəssisənin – metallurgiya zavodunun tikilməsi təhlükəni bir az da artıracaq. Beləki, həmin zavodun tikilməsi ilə ekoloji və qida təhlükəsizliyinə mənfi təsir daha da böyüyəcək. Bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə çağırışlar edilməlidir.
• Finlandiyanın Espo şəhərində imzalanmış “Trans sərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkəə razisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir.
• Ermənistanın beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət etməməsi ilk deyil. Bir müddət bundan öncə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni atom reaktoru qurmaq planı var idi. Məsələ ilə bağlı Azərbaycan Espo Konvensiyasının İcraiyyə Komitəsi qarşısında Ermənistana qarşı iddia irəli sürmüşdü. Və həmin komitə tərəfindən Ermənistanda yeni nüvə reaktorunun inşası planları ilə əlaqədar Ətraf mühitə təsirin qiymətləndirilməsi prosesində Azərbaycanın iştirakının təmin edilməməsi səbəbindən Ermənistanın Espo Konversiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdı.
• Uzun illərdir ki, Ermənistan ərazisində yerləşən Qacaranmis-molibden zavodu və Qafan misfiliz saflaşdırma kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Bu da böyük ekoloji fəsadlarla nəticələnir.
• Bu Ermənistanın növbəti ekoloji cinayətidir. Çünki Araz çayının bir qolu olan “Şir Arxı” da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib, canlılar məhv olub. Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda, bunu ölkənin mərkəzində etməlidir.
• Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir.
• Müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir.

• Amerika Birləşmiş Ştatları hökuməti Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan ABŞ şirkətini məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən Azərbaycandakı və Ermənistandakı ABŞ Səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər.


Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR