hemle

190 MANAT ALMAQ İSTƏYƏN ŞƏXSƏ GƏLƏN CAVAB ŞOK YAŞATDI – FOTO

Tarix:1-05-2020, 20:17
Baxış Sayı:438

Hazırda paytaxtda yaşayan Şəhriyar Hüseynovun işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün nəzərdən tutulan birdəfəlik ödəmələrlə bağlı müraciətinə qəribə cavab gəlib. Ona müraciət etdiyi müddətdə ölkədə olmadığı əsas gətirilərək, müraciətindən imtina edilib.

ONN media bildirir ki, bu barədə Ş.Hüseynovun özü məlumat verib. O bildirib ki, 10 ildir ölkədən kənara çıxmamasına baxmayaraq, sistem xətası səbəbindən 190 manatdan yararlana bilməyib.

Məsələ bağlı saytımıza açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov isə deyib ki, vətəndaş müraciət edərkən sistemdə ölkədə olmadığı göstərildiyi üçün ona birdəfəlik ödəmədən imtina edilib:

“Nazirlik aidiyyəti qurumların məlumat bazalarına sorğu göndərir və ordan alınan məlumatlara uyğun olaraq qərar verilir”.(axar.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı