hemle

Sentyabrın 1-dən bu məhsulların Rusiyadan idxalına qadağa qoyulacaq

Tarix:2-06-2023, 10:08
Baxış Sayı:83

Azərbaycana heyvandarlıq məhsulları tədarük edən rus istehsalçıları bu ölkənin Milli Qida Təhlükəsizliyi İnstitutunun yoxlamasından keçməsələr, Azərbaycana ixrac imkanını itirəcəklər.

hemlemedia.az xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən qərar 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Buna uyğun olaraq, Azərbaycan bazarına mal tədarük etməkdə maraqlı olan heyvan mənşəli məhsullar və yem istehsal edən xarici müəssisələr Milli Qida Təhlükəsizliyi İnstitutu tərəfindən yoxlamalardan keçməlidir. Onların həm açıq, həm də video formatında keçirilməsi planlaşdırılır.

Məlum olub ki, indiyədək Azərbaycana heyvandarlıq məhsulları göndərən əksər Rusiya təşkilatları yoxlamaların aparılması üçün institutla müqavilə imzalamayıb. Müəssisələr 2023-cü il sentyabrın 1-dək müqavilə bağlamasa, məhsullarının ixracı müqavilə bağlanana və müvafiq yoxlama aparılana qədər Azərbaycan tərəfi tərəfindən məhdudlaşdırılacaq.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar