hemle

Mənbə: Ərdoğanın andiçmə mərasimi iyunun 3-də keçiriləcək

Tarix:31-05-2023, 08:03
Baxış Sayı:86

Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 3-də keçiriləcək.

Bu barədə "TASS"a Ankaradakı mənbə bildirib.

"Prezidentin şənbə günü andiçmə mərasimi keçiriləcək və vəzifəsinin icrasına başlayacaq. Bazar günü kabinet üzvlərinin andı gözlənilir və yeni hökumət işə başlayacaq"-deyə, mənbə vurğulayıb.

Onun sözlərinə görə, əslində prezident seçkilərinin ikinci turunun bütün nəticələri tam hesablanıb, bir neçə formal prosedur qalıb, ona görə də Mərkəzi Seçki Komissiyası (YSK) ən qısa zamanda səsvermənin yekun nəticələrini açıqlayacaq.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik çərşənbə axşamı deyib ki, Ərdoğan parlamentdə and içdikdən dərhal sonra yeni Nazirlər Kabinetini elan edə bilər. Hazırkı kabinetdən yalnız bir neçə nazirin yeni hökumətdə qalacağı gözlənilir. Bunlar xarici işlər, daxili işlər və müdafiə nazirləridir.

Bu gün Ərdoğan hazırkı hökumətin son iclasını keçirəcək. Bakı vaxtı ilə saat 16:30-da başlayacaq və bir neçə saata qədər davam edəcək. Yerli media bunu idarələrə rəhbərlik edəcək yeni adların açıqlanmasından əvvəl nazirlərin vida görüşü adlandırıb.

Report

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu