hemle

Kılıçdaroğlu narahatdır - Video qalmaqalı böyüyür

Tarix:24-05-2023, 10:48
Baxış Sayı:97

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə bağlı dedikləri gündəm olub.

O, Kılıçdaroğlunun terrorçularla videosunun olduğunu deyib.

"Kılıçdaroğlunun Kandildəkilərlə videoları var, bunları yayımladılar. Amma montaj, amma elə, amma belə... Terrorçuların liderləri video çəkərək CHP-yə dəstək verdi. İndi bunlar gənclərimizin iti zəka məhsulu olan 5 saniyəlik videosuna arsızca reaksiyalar verirlər. Terrorçular dəstəklərini aşkar nümayiş etdirdilər. Əlbəttə ki, bunu atalarının xeyri üçün etmədilər", - Ərdoğan çıxışında bildirib.

Kılıçdaroğlu isə sözügedən videonun montaj və saxta olduğunu vurğulayıb, sərt ittihamlar səsləndirib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın video ilə bağlı Kılıçdaroğlunun açıqlamasına reaksiya verib: "Bir qrup iti zəkalı gəncin planlaşdırdığı videodur. Videoda bir araya gətirilən ünsürlər gerçəkdir. Əsas məsələ PKK-nın (terror təşkilatı) kadrlarının bu açıqlamaları verib-vermədiyidir. Bunu soruşmaq lazımdır. Bir ay yarımdır ki, PKK kadrlarının ard-arda cənab Kılıçdaroğluna dəstək açıqlamaları verdiyini bilirik. Terror qruplaşması sizin lehinizə açıqlamalar verib. Təbii olaraq narahat olursunuz. Birinci turda bunlarla bağlı biz bir şey eşitdikmi?

Cənab Kılıçdaroğlunun narahat olduğunu bilirəm. Ancaq səssiz qalındı. Bu narahatlığını birinci turda dilə gətirməli idi, ancaq indi bununla bağlı danışır. Bunu Xalqların Demokratik Partiyası(HDP) ilə danışsın. İnsanlar haqlı olaraq etiraz edir".(Modern.az)

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar