hemle

QAT qrupunda polkovnik Ramaldanovun iştirakı ilə “HƏRBİ YOL- YEGANƏ YOL” ictimai dinləmələri başladı

Tarix:30-04-2020, 22:00
Baxış Sayı:446

Bu gün Qarabağ Azadlıq Təşkilatının “QAT.Qarabağa doğru” WatSaap qrupunda sabiq briqada və korpus komandiri, iki dəfə “Azərbaycan Bayrağı” ordenli, mübariz və dönməz polkovnik Şair Ramaldanovun iştirakı ilə “HƏRBİ YOL-YEGANƏ YOL” mövzusunda ictimai dinləmələrə start verildi. QAT sədri Akif Nağı qonağa dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib, dinləmələrin məqsədini, Qarabağın azadlığı üçün hərbi yolun labüdlüyü ilə bağlı fikirlərini çatdırıb, həmçinin qeyd edib ki, “QAT.Qarabağa doğru” WatSaap qrupunda Qarabağ Azadlıq Təşkilatının İdarə heyətinin, Ali Məclisinin, Ağsaqqallar Şurasının üzvləri, QAT rayon şöbələrinin sədrləri, QAT-ın Avropa, Rusiya, Türkiyə, Gürcüstan və digər yerlərdə fəaliyyət göstərən təmsilçiləri daxildilər, ümumilikdə 100-dən artıq adam bu günükü müzakirələrdə iştirak edib. Polkovnik Ramaldanov qısa giriş sözündən sonra qrupun üzvlərinin qoyduğu məsələlərə münasibət bildirb, sualları cavablandırıb. İctimai dinləmələr zamanı Qarabağın azadlığı naminə müharibənin Vətən müharibəsi xarakteri, genişmiqyaslı hərbi əməliyyatlarının zəruriliyi və bu varianta mane ola biləcək amillər, hərbi təlimlərin əhəmiyyəti, Azərbaycan Ordusunun istənilən hərbi əmri yerinə yetirməyə hazır olması, Ordu və xalqın birliyi, Horadiz əməliyyatının əhəmiyyəti, həmin döyüşdə iştirak edənlərin xüsusi xidmətləri, torpaqlarımızı azad etmək üçün vaxtın artıq yetişdiyi, hərbi əməliyyatların başlayacağı təqdirdə Rusiya amilinin mümkün təsir imkanları, Rusiyanın müharibəyə müdaxilə imkanlarının olmaması, düşmənə qarşı qısa müddətdə hərbi əməliyyatların vacibliyi, Qarabağ müharibə veteranlarının problemləri, ərazilərimizin işğaldan azad olunması üçün partizan müharibəsindən istifadənin mümkünlüyü, Müdafiə nazirliyinin kadr siyasəti, ləngimədən hərbi əməliyyatların başlanmasının vaciblyi və digər məsələlər geniş müzakirə olunub, əsasən vahid mövqe formalaşdırılıb.

Digər xəbərlər
15:20 Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...
15:11 Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? - Sensasion DETALLAR
15:01 Gədəbəydə başına torba keçirilən qadın öldü - Rəsmi açıqlama
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı