hemle

Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub - FOTO

Tarix:4-05-2023, 18:05
Baxış Sayı:136

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Mənzillərdən 48-nin ikiotaqlı, 68-nin üçotaqlı, 20-sinin dördotaqlı və 20-sinin isə beşotaqlı olması planlaşdırılır. Binaların inşasında müasir memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq.

Məhəllədə idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.
Dövlətimizin başçısı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoyub.

Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub - FOTO

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat