hemle

Mehriban Xanlarova: “Demirəm ki, Azərpaşa Nemətov aydan arı, sudan duru olub”

Tarix:27-04-2023, 11:40
Baxış Sayı:111

“Onunla çox yaxın, səmimi münasibətimiz olmayıb. Ancaq ölən insana sayğı duymaq lazımdır. Bu, o demək deyil ki, Azərpaşa Nemətov aydan arı, sudan duru olub. Yox... Hər bir insan kimi onun da yanlışları olub. Artıq dünyasını dəyişib. Bundan sonra nə fayda?”

Bu sözləri Axsam.az-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa bir neçə gün əvvəl dünyasını dəyişən Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovdan danışıb. Xanlarova onun vəfatından sonra haqqında mənfi statuslar yazanlara səslənib:

“Bu ölümdən hər birimiz üçün var. Ölü insanın arxasınca danışmağa nə var? Sözü olan həmin adamlar sağ olanda çıxıb ictimaiyyət qarşısında sözünü deyərdilər. Bəziləri indi deyər ki, sağlığında şəxsən özünə deyənlər olub. Onlar anlamırlar ki, kabinetdə demək ayrıdır, ictimaiyyət qarşısında demək ayrı”.

M.Xanlarova teatra yeni təyin olunacaq direktorla bağlı fikirlərini də bölüşüb:
“Bu vəzifəyə kim gəlirsə, gəlsin, əsas odur ki, problemlərimizi, içimizi bilən adam olsun. Hazırda teatrımızın özündə elə adamlar var. Ən əsası isə hər kəsə eyni gözlə baxan adam gəlsin. Öz adamlarını yanına yığıb, fərq qoymasın. Vəzifə beş günlükdür. Öz şəxsi maraqlarını bir kənara qoyaraq xidmət etsin”.

Qeyd edək ki, Azərpaşa Nemətovun vəfatından sonra aktyorlar Hikmət Rəhimov, Kamran Yunis onunla bağlı tənqidi statuslar paylaşıblar.

Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib.

Digər xəbərlər
14:32 Bu, qocalmanı ləngidir - Rus mütəxəssis
14:30 İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır
14:27 Qərb Cənubi Qafqazı yenidən alov topuna döndərməyi planlaşdırır
14:24 "Həzi Aslanov" stansiyasında təmir nə vaxt başa çatacaq? - Rəsmi CAVAB
14:22 Rusiya daha üç yaşayış məntəqəsini ƏLƏ KEÇİRDİ
14:20 Azərbaycan deputatları İrəvana gedir?
14:16 Gələn il imtahan verəcək şəxslərə ŞAD XƏBƏR - Yeni model gəlir
14:12 Rusiya nüvə sınaqlarını bərpa edə bilər: ABŞ-a SƏRT XƏBƏRDARLIQ