hemle

DİM imtahana görə intihar edən şagirdlə bağlı məlumat yaydı

Tarix:20-04-2023, 19:20
Baxış Sayı:86

Bu gün bəzi kütləvi informasiya vasitələrində Xırdalan şəhərində yeniyetmə şəxsin intihar etməsi ilə bağlı məlumatlar yayılıb. Təəssüf ki, xüsusilə xəbər başlıqlarında qabarıq şəkildə həmin şəxsin dünən elan olunan buraxılış imtahanı nəticələrinə əsasən, aşağı bal toplaması və məhz buna görə intihar etməsi qeyd olunur.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, DİM tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, həmin şəxsin təhsil göstəriciləri daim aşağı olub.

"Həmin şagird 2021-ci ildə keçirilən 9-cu sinif buraxılış imtahanında da çox zəif nəticə göstərib. Həmçinin fənlər üzrə məktəbdaxili əksər qiymətləri “3” olub. Dolayısıyla hazırlıq səviyyəsi daim aşağı olan şəxsin məhz dünənki imtahan nəticələrinə görə özünə qəsd etməsi fikrini tirajlamaq doğru deyil və cəmiyyət üçün faydalı ola bilməz.

Ümumiyyətlə yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə bağlı mövzular işlənərkən diqqətli olmaq lazımdır. Hazırda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası davam edir və kütləvi imtahanlar keçirilir. Bu imtahanlarda on minlərlə şagird iştirak edir. Son illər hər hansı yeniyetmə intihar edərkən mediada bunun əsasının imtahana bağlanmasına cəhd göstərilir ki, bu da kökündən yanlışdır. Mütəxəssislərin fikrincə intihar hadisələrinin çox dərin psixoloji səbəbləri olur. Bunu birbaşa imtahanla əlaqələndirmək və diqqət cəlb etmək üçün “başlığa” çıxartmaq doğru hesab oluna bilməz.

İlkin ehtimallara istinad edib bu tip xəbərlərin yayılmaması, ümumiyyətlə belə mənfi təzahürlərlə bağlı məlumatların daha adekvat formada işıqlandırlmasını media nümayəndələrindən xahiş edirik" - deyə məlumatda qeyd edilib.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar