Xaqani Ədəboğlu
Bizim ermənisevər bir maygülünə cavab olaraq yazdığım bir statusa görə 24 saat mənim facebook profilim bağlı qaldı. Statusdan az qala 1 il keçməsinə baxmayaraq söz bu ermənilərə indi çatıb: «ERMƏNİYƏ YAXŞI DEMƏK, QATIĞA QARA DEMƏK KİMİ BİR ŞEYDİ. YAXŞI ERMƏNİ YOXDU. BİR ERMƏNİ BAŞQA BİRİNDƏN YAXŞI OLA BİLƏR».
Bəzi kütbeyinlilərimiz düşünürlər ki, həqiqəti gizlətməklə xalqa «xidmət» edirlər. Güya «kişilər» politikandırlar.
Tutaq ki, erməni xalqının siz dediyiniz kimi heç bir günahı yoxdur. Tək günahkar Sərkisin Əsgərandan keçən tork qonaqdan tutulmuş bic Serjik adlı nəvəsi və onun komandasıdır. Bəs ondan qabaq Köçəryan, ondan qabaq Ter-Petrosyan da belə deyildilərmi?
Tutaq ki, bu bijənək quldur dəstəsi yaradıb ölkəmizi talan edib. Bəs o «yaxşı erməni» xalqı hara baxırdı? Sabah Sarkisyan rədd olub gedəcək. Guya onun yerinə gələn nimçədə sizə Qarabağımı qaytaracaq?
Tutaq ki, bunlar quldurdurlar. Bəs «Sarı gəlin» kimi onlarla musiqimizədəmi silahlılar hücum edir? Hələ milli yeməklərimizi, xalçalarımızı demirəm. Hələ Fəratın yuxarı hövzəsində itirdikləri Tiqrankerti gəlib Ağdamda tapan alimlərdirmi, sizin «yaxşı erməni»?
Hələ onların üzdəniraq geylərinin səhifəsinə girin, onlar da Qarabağı deyil, Bakını Bakurakert eləmək istəyirlər? Bəlkə azərbaycanlı ətindən yaxşı kabab bişirənlərə yaxşı erməni deyirsiniz?
Yoxsa 13 yaşlı qızın dərisini yaxşı soyan Zori Balayana simsarı çatanlar bu yazıçını «yaxşı erməni» kimi tanıyır? Bəlkə Xocalıdan olan ananın ağzına oğlunun ətini soxuşduran terroristə yaxşı erməni deyirsiniz?
Yoxsa kilsələrdə yaxşı terrorçu quldur dəstələri yaradan keşişlərdir «yaxşı erməni xalqı»?
Bəlkə azərbaycanlı əsirlərin başını murdar erməni qəbirləri üzərində yaxşı kəsənlərə yaxşı deyirsiniz?
Məktəblərdə, universitetlərdə hay-boş qaraçılarının boş beyinlərini uydurma bÖyük eRmənistan xülyalarıyla dolduranlaramı, yaxşı deyək?
Bəlkə qaynınızdır, bəlkə baldızınızdır, bəlkə də daha yaxınınız olanlardan yaxşılıq görüb onu millətə minnət yeri edirsiniz?
Mən şəhid olan anası erməni qəhrəmanlar tanıyıram. Onların geni və qanı güclü idi, amma onlar da mənimlə eyni fikirdə idilər. Bu ölkə üçün xəyanətə meyilli kim olursa olsun, təhlükəlidir. Ən azı erməni qədər təhlükəlidir…
Bu yurda yazıq olur. Düşmənini tanımayan xalq məhvə məhkumdur. Düşməninə yaxşı deyən və inanc ocağına pulsuz qaz verənləri bir millət tənbeh etmək qüdrətinə sahib deyil. Bu xalq hələ də anlamır ki, Qarabağı öncə 3 adla böldülər: Zəngəzur, Dağlıq Qarabağ və Aran Qarabağ. Öncə Zəngəzur getdi və Dağlıq Qarabağı tam 70 il hazırladılar. O gedən kimi Aran Qarabağa cumdular.
Düşünürsünüz ki, bu qalan torpaqlarda gözləri yoxdu, o «yaxşı ermənilərin»? Nə az, nə çox. Birinci savaş Sabirabadda Suqovuşanda bitməli və Əlikram da o zaman hərəkətə keçməliydi. Bu gün çörəyə möhtac, işsiz və qayğısız buraxdığınız keçmiş döyüşçülər öz canı və qanı bahasına bu planı pozdular. Hələ içimizdəki o xainlərin iyrənc varlığından danışmıram…
Belələrinə «oğul» deyib doğduğuna, gərək o analar daş doğaydılar. Çünki onlar bu Vətənə xəyanət etməklə qocaman bir tarixin lənətini bütün nəslin üzərinə yazdırdılar. Nəyin naminə?
Halalına haram qatılmış bu milyonlardan kimsəyə Vətən olmayacaq. Minilliklər boyu əldən verdikləri Vəd olunmuş torpaqlara dönmək üçün yəhudilərə nə qədər zaman lazım oldu və sonda anladılar ki, «hər yerdə yaşayırsansa, demək heç yerdə yaşamırsan» (qaraçı atalar sözü). Onlara baxmayın, bir zənənə baxmağa görə milyonundan keçən bizim milyarderlərimiz bu Vətən naminə bircə kor qəpiklərindən də keçməzlər. Allah belələrinin bəlasını versin!
Bir əhlikef nənəciyin çəkdiyi bir ölüb gətirilənin cənazəsinə bir əməlini tapa bilməyib çəkdiyi bayatıya uyub ölkəni «qərib ölkənin» əcnəbi zənənlərinə yem elədilər:
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı…
Sonra da hamısı leş olub bu məmləkətə dönərlər. Çünki «qərib ölkə» gəzənlərindi. Bu ölülərin gəzmək limiti artıq bitib. Ölülərin yurduna çevirdiyiniz tək məmləkət Azərbaycandı. Diriykən öldürdüyünüz bir Vətəni, ölüykən o murdar vücudunuzla dirildəcəyinizi düşündünüz.
Beləcə öz nadanlınığızla bu gözəl ölkəni məzarıstana çevirdiniz. Əlinizin, belinizin və dilinizin xəyanətlərinin yükü də geridə qalanları öldürdü. Ölülər məmləkəti. Buranı hər kəsin öz ölüsünü, öz leşini ağladığı matəmgaha çevirdiniz.
Ölünün də Vətəni omaz ki…
Ölülər də Vətən qorumaz ki!
Qorusa da, elə bizim kimi qoruyar…