hemle

Ermənilərin öz qəhrəmanlarına olan məhəbbətinə çata bilirikmi? - Eminquey yazır

Tarix:23-04-2020, 13:44
Baxış Sayı:399

Bu gün TV-də Allahverdi Bağırov barədə bircə dənə də olsun material yayımlanmayıb.

Təəccüblənmirəm ha. Bir-iki kanal özünü düzəltməyə çalışsa da, ümumilikdə çoxdan əlimizi üzmüzük TV-lərdən. Hara qədər düzələ bilərlər axı? Mən və mənim dövrümün uşaqları Allahverdi Bağırovu görməyiblər. Amma içimdə hardasa bir küncdə Allahverdi Bağırov sevgisi var. Ağdam Xalq Cəbhəsi Partiyasının sədri. Müstəqil Azərbaycan bayrağını Ağdama ilk sancan adam. 1000-dən çox əsirimizi azad edən biri. Yeddi qız övladından sonra ilk oğul payı. Həm ailənin, həm Vətənin, həm də torpağın. Ermənilərin öz qəhrəmanlarına olan sevgilərinə çata bilirikmi? Allahverdi Bağırov basırılanda baş daşı qoyulmayıb. Bir neçə il qabaq Avropa İttifaqı sülhməramlı bir film çəkirmiş. O səbəblə Allahverdi Bağırova baş daşı düzəldilir. Baş daşında Allahverdi də yox, Alaverdi yazılır qəhrəmanın adı. Guya ki, orada Razmikyan adlı bir erməni Allahverdinin məzarını qoruyurmuş. Ermənilər çəkilişlər bitdikdən sonra baş daşını çıxarıb gətirirlər şəhərin mərkəzində, ermənilərin gözləri önündə paramparça edirlər. Öz nifrətlərinə sadiqliklərini bir daha göstərirlər. Bəs, biz? Nə elədik bir yekə susmaqdan savayı?! Bu qədər qəhrəmanın ola, amma düz-əməlli bir film çəkilməyə, pafossuz, təbii bir sənədli film olmaya. Qəhrəman haqqında sənədli film çəkilir. Gedib uşaq vaxtı döydüyü bir uşağı da tutub gətirirlər, danışır ki, bəs, filankəs çox yaxşı, nümunəvi, mərhəmətli biri olub. Baxanda bilirsən axı sünidir... Bu cür boğazdan yuxarı çıxışlarla dolu videolardan başqa heç nə edə bilməyiblər indiyə kimi. Bəs, gənc nəsli hansı ixtiyarla qınaya bilirlər ki, qəhrəmanlarınızı tanımırsız?

Nə bilim... çox şey yazmaq olar. Bircə onu bilirəm ki, bir gün dünyanın ən azad, ən demokratik xalqı belə olsaq, bizdən Vətən, qəhrəman sevən çıxmayacaq...

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR