hemle

Azərbaycan Mətbuat Şurası - 20 il

Tarix:15-03-2023, 11:29
Baxış Sayı:105

Bu gün Azərbaycan Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam olur. 15 mart 2003-cü il tarixdə ölkə jurnalistlərinin I qurultayında yaranmış Şuranın başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir.

Mətbuat Şurası fəaliyyətinin ilk günlərindən ictimaiyyətin müxtəlif təbəqələrinin media ilə bağlı narazılıqlarını öyrənməyə, prosedur iş istiqamətlərinə uyğun olaraq şikayətləri araşdırmağa, müvafiq qərar və rəylər çıxarmağa başladı.

Ötən müddətdə Şuraya ümumilikdə 15 minə yaxın şikayət daxil olub. Bu şikayətlərdə əksini tapan motivlər jurnalistikamızın təmiz adının özünə qaytarılmasına, kütləvi informasiya vasitələrimizin saflaşmasına olan ehtiyacı aşkar şəkildə ortaya qoyurdu.

Mətbuat Şurası yalnız şikayətlərin araşdırılması ilə kifayətlənmədi. Qurum, eyni zamanda, media ilə bağlı tematik tədbirlər keçirdi, jurnalistikamızda peşə dəyərlərini aşılamaq istiqamətində ardıcıl layihələr reallaşdırdı, müxtəlif təşəbbüslər irəli sürərək tanındı, etimad qazandı.

Ötən 20 il Mətbuat Şurasının beynəlxalq əlaqələri baxımından da zəngin oldu. Qurum Avropa Mətbuat Şuraları Alyansına, Dünya Mətbuat Şuraları Assosiasiyasına qəbul edildi. Şuranın İdarə Heyətinin üzvləri bu qurumların, eləcə də BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu təşkilatların meda ilə bağlı çoxsaylı konfrans, seminar və “dəyirmi masa”larına qatıldılar. Şuranın dəstəyi ilə Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı təşkil olundu.

Türk dünyası mediasının konsolidasiyasını vacib sayan Mətbuat Şurasının təşəbbüsü ilə Azərbaycan Türkdilli Ölkələrin və Toplumların Media Forumu kimi önəmli hadisəyə evsahibliyini həyata keçirdi. Şura Türkdilli Ölkələrin və Toplumların Media Birliyi ideyasının həyata keçməsində də mühüm rol oynadı.

Müxtəlif illərdə Mətbuat Şurasının istər qanunvericiklə bağlı, istərsə də medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial rifah halının yaxşılaşdırılmasına yönələn təklifləri oldu. Beləcə həm də onun fəaliyyət qayəsini təşkil edən cəmiyyət-mətbuat-hakimiyyət oxu özünün səmərəli əməkdaşlıq müstəvisinə qədəm qoydu.

Ölkə jurnalistlərinin 24 sentyabr 2022-ci ildə keçirilmiş VIII qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçildi. Bu tərkib əvvəlki illərdə toplanmış təcrübəni genişləndirmək və daha səmərəli fəaliyyət göstərmək əzmindədir.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?