hemle

Universitetin səhifəsində paylaşım qalmaqalı - 1 nəfər işdən çıxarıldı

Tarix:14-03-2023, 17:27
Baxış Sayı:106

“Martın 14-ü gecə saatlarında Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində adminstrator Ənvər Şahqubadbəylinin səhlənkarlığı səbəbindən Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi ilə bağlı qərəzli, universitetin maraqlarını və həqiqəti əks etdirməyən, bu ali təhsil ocağının mənafeyinə uyğun olmayan yazı dərc edilib. Həmin yazıda, həmçinin universitetə ünvanlanmış, LDU-nun Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevin sərəncamında olan rəsmi məktubdan istifadə edilib”.

Bu barədə Lənkəran Dövlət Universitetinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, həmin paylaşım universitetin rəsmi mövqeyini əks etdirmir: “LDU-nun mətbuat xidməti olaraq bir daha media qurumlarının, sosial şəbəkə istifadəçilərinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi rəsmilərinin diqqətinə çatdırırıq ki, həmin paylaşımda verilən məlumatlar universitetin rəsmi mövqeyi deyil. Universitet rəhbərliyi baş verənlərə görə təəssüfləndiyini bildirir və diqqətinizə çatdırır ki, məsələdə günahkar olanlar barədə operativ ölçü götürülüb. Belə ki, LDU-ya ünvanlanmış rəsmi məktubun qeyri-rəsmi şəxslərin əlinə düşməsinə və həmin sənədin universitetin rəsmi feysbuk səhifəsində verilməsinə görə Lənkəran Dövlət Universitetinin Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilib. Həmçinin universitetin elektron məlumat daşıyıcılarının(veb səhifələrin) adminstratoru Ənvər Şahqubadbəyli səhlənkarlıq edib səhifəyə nəzarət etmədiyi üçün səhifə adminstratorluğundan azad edilib və ona töhmət verilib. LDU-nun elektron məlumat daşıyıcılarının(veb səhifələrin) adminstratoru vəzifəsi universitetin Elektron Universitet layihəsinin rəhbəri Mayis Eyniyevə tapşırılıb”.

Qeyd edək ki, bu gün Lənkəran Dövlət Universitetinin rəsmi feybuk səhifəsində Qida Təhlükəsizliyi Agentliyinin ard-arda həmin bufetlərdə əsassız yoxlamalar aparması səbəbindən ali məktəbdəki bufetlərin bağlandığını elan edilmişdi. Daha sonra səhifəyə kiberhücum olunduğu, məlumatın universitetin mövqeyini əks etdirmədiyi və həmin insidentlə bağlı araşdırma aparıldığı qeyd olunurdu.

Digər xəbərlər
20:37 COP29 və bayram günləri ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
20:33 Məktəblərdə payız tətili günlərinin tarixi AÇIQLANDI
20:31 Ərdoğanda Aİ-yə SƏRT MESAJ: "Türkiyə kimi ölkəni..."
20:28 Ödənişli yoldan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır
20:25 Trampın ikinci prezidentlik dövründə dünyanı nələr gözləyir? - PROQNOZ
20:20 Xankəndidə Zəfər Günü ilə bağlı yürüşlər təşkil olunacaq
20:15 General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?
19:59 Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə "8 Noyabr Zəfər Günü" və "9 Noyabr Bayraq Günü"nə həsr olunmuş "Bayrağın dalğalandı o müqəddəs torpaqlarda, Azərbaycan!" adlı möhtəşəm tədbir keçirildi