hemle

Seymur Talıbovun işdən çıxarılması TƏSDİQLƏNDİ

Tarix:8-12-2022, 15:37
Baxış Sayı:129

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu, Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəsmi saytında prorektorlar siyahısından çıxarılıb.

hemlemedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Universitetin saytında prorektorlar bölməsində beynəlxalq əlaqələr üzrə prorektor bölməsi hazırda boşdur.

Maraqlıdır ki, universitetin saytında digər prorektorlar üzrə bölmələrdə (tədris və tərbiyə işləri üzrə prorektor və ümumi işlər üzrə prorektor) müvafiq vəzifələri yerinə yetirən şəxslər barədə məlumatlar var.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru Seymur Talıbovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Muxtar Respublikanın Təhsil Nazirliyindən “Qafqazinfo”ya bildirilmişdi ki, universitet Elm və Təhsil Nazirliyinə tabedir və bu barədə məlumatlı deyillər. Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı nazirlikdə məlumat yoxdur.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış