hemle

Bakıdan Ağstafaya 4 saat 55 dəqiqəyə çatacağıq

Tarix:10-03-2023, 14:59
Baxış Sayı:91

Mart 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) məlumat verilib.

Bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımaları həyata keçiriləcək.

Rəsmi məlumata görə, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq. Həmçinin, marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradır.

Hərəkət cədvəlinə gəlincə sürətli sərnişin qatarı hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşərək saat 13:40-da mənzil başına çatacaq. Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatacaq. Sürətli sərnişin qatarının müvafiq marşrut üzrə orta sürəti 100 km/saat təşkil edəcək.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür. Biletlər 10 mart tarixində satışa çıxarılacaq.

459 km uzunluğunda olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla MDB-də qüvvədə olan dəmir yollarının sürət nornativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 km/saat təşkil edərsə, bu, sürət qatarı, 91 km/saatdan artıq olduqda isə sürətli sərnişin qatarı hesab olunur. Azərbaycan Dəmir Yolları MDB Dəmir Yolları Şurasının üzvü olduğundan öz fəaliyyətində həmin Şuranın normativlərinə istinad edir.

Digər xəbərlər
21:57 Mərkəzi Bank bu şəxslərə xəbərdarlıq etdi
21:56 İsrail Qasımı hədələdi: Tarixdə ən qısa dövr olacaq
21:56 Qarabağa getmək istəyənlərin nəzərinə!
21:54 Bir seçki, üç ssenari: ABŞ-da qutudan kim çıxacaq? - Ən dəqiq iqtisadçının PROQNOZU
21:53 Aİ və ABŞ-ın Gürcüstanda "rəngli inqilab" planı: Fransadan baxış
21:53 Bakı-Sumqayıt qatarlarının bəzi reysləri müvəqqəti LƏĞV EDİLİR
21:52 Bu gecə Bakı və Sumqayıtın bəzi ərazilərində İŞIQ KƏSİLƏCƏK
21:51 Kərə yağı bahalaşdı: Əhali evdə istehsal etməyə başladı