hemle

Deputat: “Dünyada koronavirusun ən böyük xeyri Azərbaycan xalqına dəydi”

Tarix:28-04-2020, 11:22
Baxış Sayı:432

“Dünyada koronavirusun ən böyük mənəvi xeyri iddia edirəm ki, Azərbaycan xalqına dəyib”.
Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, artıq ay yarımdır ki, insanlar adam kimi sakitcə, təmtəraqsız, mollaların at oynatdığı məclislərdən uzaq, ölüsünü dəfn edib gəlib evində gələcək qayğıları ilə məşğul olurlar.
“Mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalıb. Müasir texnologiyanın köməyi ilə, yaxud da sosial şəbəkədə “Allahdan rəhmət!” diləməklə israfçılığın da qarşısı alınıb. İndi hünər odur ki, bu yobaz dinçi ünsürlərin müqavimətini qıraraq, epidemiya təhlükəsindən sonra da elə bu cür davam edilsin. İsrafsız dini mərasimləri bir ənənəyə çevirmək artıq dövlətin həm təbliğat, həm də tətbiqat baxımından görəcəyi ən vacib işlərdən biridir”. /Modern.az/

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi