hemle

“Xeyli adam fırıldağın yolunu tapıb” - Deputat insanları məsuliyyətli olmağa çağırdı

Tarix:12-04-2020, 17:14
Baxış Sayı:376

12/04/2020 12:03:09
“Karantin rejminə əməl edilməsi ilə bağlı xəbərdarlıq o vaxt lazımi effekt verə bilər ki, insanlar prosesə düşünərək, dərk edərək dəstək versinlər. Hər adamın yanına bir müəllim, bir tibb işçisi və ya bir polis qoymaq mümkün deyil. İnsan elə öz sağlamlığının qeydinə qalmağı düşünsəydi, o halda kimsə narkotik istifadə etməz, siqaret çəkməz, spirtli içki içməz, qaydasız və faydasız yeməkləri mədəyə ötürməzdi. Bu bəladan xilasımız da sağlam mühakiməsi olan, prosesin mahiyyətini dərk edən insanların nümunəvi davarnışları ilə digərlərini məsuliyyətli davranışa sövq etməsindən asılıdır”.

Cebhe.info xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

F.Mustafa iki şahidi və ya iştirakçısı olduğu hadisəni misal gətirməklə fikrini izah edib:

“Dünən evin yaxınlığındakı mağazanın qarşısında veyillənən tanıdığım yoxsul bir adamın yeniyetmə oğlunu görmüşəm. Mən görən kimi əlindəki siqareti yerə atdı. Soruşdum ki, ay oğul, belə təhlükəli vəziyyədə niyə boşuna çöldə veyillənirsən? Cavab verdi ki, dəfn üçün yalandan 5 saatlığa icazə almışam. Demək ki, fırıldağın yolunu dərhal xeyli adam artıq tapıb. Dedim ki, ay oğul, gəl sənə bir neçə kitab verib, otur evdə oxu. Düşündüm ki, Jül Vernin, yaxud Daniel Defonun kitablarından oxumaqla gününü daha maraqlı keçirə bilər. Dedi ki, dayı, vallah hələ indiyədək bircə kitab da oxumamışam. Telefonla da oynamaqdan bezmişəm. Budur reallıq, gənclərimiz həm də oxumaq vərdişi olmadığına görə, kütləvi savadsızlığa evdə qala bilmirlər. İkinci hadisə ilə Bakıxanovda tənha ahıllara baş çəkdiyimiz zaman bir ünvanı axtaranda rastlandım. Beşmərtəbəli bir binanın həyətində yaxınlaşıb ünvan soruşduğum orta yaşlı bir kişi məni tanıdı və ünvanı izah edəndən sonra sitəm etməyə başladı: "Bu 190 manat bizi bir ay necə görəcək, bununla insan dolana bilər? Niyə səsinizi qaldırmırsınız?"

Əlindəki siqaretin külünü barmağı ilə yerə çırpıb köks ötürən bu şəxsin davranışından hiss etdim ki, bir az da içkilidir. Söylədim ki, əlbəttə, 190 manat bir insanın indiki şərtlərdə normal yaşamı üçün yetərli deyil. Lakin dövlət bunu bütün evdə oturan və heç bir gəliri olmayan insanların minimum həyat şərtlərini qorumaq üçün edir. Anlayıram ki, sizlər dövlətdən məhz sizə görə daha çox fədakarlıq etməsini tələb edirsiniz və ya umursunuz. Bəs, siz özünüz kiçik bir fədəkarlığı özünüz üçün edə bilirsiniz ki, dövlətdən də bunu tələb edirsiniz? Adam bir az da sərt formada dedi ki, bundan artıq nə etməliyik? Deyiblər, evdə oturmuşuq da! Sakitcə fikrimi izah etməyə başladım: baxın siz siqaret çəkirsiniz, ayda ən azı 60 manatınız siqaretə gedir. İçki də içirsiniz, haradasa 30 manatınız da aradabir içdiyiniz arağa gedir. Doğrumu? İnsafən "aşağı-yuxarı elədir" deyib sözümü təsdiqlədi. Davam etdim: O halda 190 manatın avtomatik olaraq 90 manatı bəri başdan yoxa çıxacaq. İndi siz özünüzə aid kiçik bir fədakarlığı edib, siqareti və içkini ən azı bu ərəfədə tərgitmirsiniz, ancaq dövlətdən daha böyük fədakarlıq tələb edirsiniz? Fədakarlıq axı qarşılıqlı olmalıdır. Eyniylə sevgi kimi, şəfqət kimi...Gerisini düşünmək üçün sizlərə buraxıram”.

Vilayət Muxtar
Cebhe.info

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR