hemle

İctimai fəal dövlət layihələrindən yarım milyon mənimsəyib?

Tarix:3-03-2023, 10:21
Baxış Sayı:113

İctimai fəal Cəbrayıl Fərzəliyev 527 min manatlıq yeyintidə ittiham olunur.

Onun barəsində cinayət işi başlanıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İttihama görə, Fərzəliyev bu vəsaiti bankların birindən və Prezident yanında Gənclər Fondundan müxtəlif işlər görmək adıyla mənimsəyib.

33 yaşlı ictimai fəal hazırda təcridxanada saxlanılır. Onun vəkili ötən məhkəmə iclasında deyib ki, müvəkkili təcridxanada bir neçə dəfə intihara cəhd göstərib. Buna görə də o, psixiatrik ekspertizadan keçirilməlidir. Məhkəmə vəsatəti hələlik təmin etməyib. Bildirilib ki, C.Fərzəliyev istintaq dövründə ekspertizadan keçirilib və hər hansı problem aşkarlanmayıb. Ona görə də bu məsələyə gələcəkdə yenidən baxa bilərlər.

İttihamda göstərilib ki, 527 min manatlıq yeyintinin 342 min manatı bankdan kreditlə götürülüb. C.Fərzəliyev öz şirkətinə avadanlıqların alınması, dövriyyəsinin artırılması və s. adlarla müxtəlif vaxtlarda bankdan kredit götürərək qaytarmayıb.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) sədrin müşaviri kimi çalışan Fərzəliyev həm də Gənclər Fondu ilə müəyyən layihələr həyata keçirmək üçün qrant müqavilələri bağlayıb. “Qayıdışın izi ilə” adlı film çəkəcəyini bildirib. Lakin ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində bank və Gənclər Fondu tanınıb. C.Fərzəliyev özünü təqsirli bilməsə də, istintaq dövründə dəymiş ziyanın bir hissəsini ödəyib.

C.Fərzəliyev Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvü, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının nümayəndəsi olub. O, həm də politoloq kimi mətbuata müsahibələr verib.

“Qafqazinfo”

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar