hemle

G7 Ukraynaya 39 milyard dollar maliyyə yardımı ayıracaq

Tarix:24-02-2023, 08:57
Baxış Sayı:131

Böyük Yeddilik (G7) ölkələri (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya) 2023-cü ildə Ukraynaya 39 milyard dollar maliyyə yardımı ayıracaqlar.

Müvafiq bəyanatı 2023-cü ildə G7-yə sədrlik edən Yaponiyanın Maliyyə Nazirliyi dərc edib.

Yardım paketi Ukrayna hökumətinin fəaliyyətinin təmin edilməsinə, əsas xidmətlərin göstərilməsinin davam etdirilməsinə, zədələnmiş infrastrukturun təmirinə və iqtisadiyyatın sabitləşməsinə kömək edəcək.

“Bu maliyyə yardımı bizim həyati vacib hərbi dəstəyimizə və Ukrayna qüvvələri üçün təlimlərə, humanitar dəstək və inkişaf sahəsindəki əməkdaşlığımıza əlavədir”, - bəyanatda deyilir.

Həmçinin G7 Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab olaraq birgə iqtisadi tədbirlərə sadiq olduqlarını vurğulayıb.

“Biz sanksiyaların effektivliyini yaxından izləməyə və lazım gəldikdə əlavə tədbirlər görməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.

Bununla yanaşı, Böyük Yeddilik öz bəyanatında digər ölkələri də Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb.

Mənbə: gazeta.ru

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir