hemle

Ukraynaya daha 800 milyon dollarlıq hərbi yardım edəcəyik - Bayden

Tarix:30-06-2022, 18:47
Baxış Sayı:169

ABŞ yaxın günlərdə Ukraynaya ümumi məbləği 800 milyon dollar olan yeni hərbi yardım paketinin ayrılmasını elan edəcək.

hemlemedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

O qeyd edib ki, yeni paketə hava hücumundan müdafiə sistemləri, əlavə artilleriya və döyüş sursatları, əks-akkumulyator radarları, eləcə də artıq Ukraynaya təhvil verilmiş çoxsaylı buraxılış raket sistemləri üçün sursatlar daxildir.

G7 ölkələri (Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) əvvəllər silah tədarükü də daxil olmaqla, lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəklərini bəyan etmişdilər. G7 həmçinin vurğulayıb ki, onlar Ukraynanın azad və demokratik gələcəyini təmin etmək və özünümüdafiə məsələsində ona kömək etmək üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlı maraqlı ölkələrlə danışıqlar aparmağa hazırdırlar.

Bu ölkələr artıq Kiyevə 2,8 milyard dollar məbləğində humanitar yardım göstərib və Ukraynaya daha 29,5 milyard dollar verməyə hazır olduqlarını bildiriblər.

Digər xəbərlər
10:22 6 saatdan az yatmağın təhlükəli nəticələri açıqlanıb
10:16 Kərə yağı bahalaşdı - AÇIQLAMA
10:14 Microsoft: "İnsanlar süni intellekt səbəbi ilə sürətlə axmaqlaşırlar"
10:08 Ombudsman: 392 nəfər Ermənistanın mina terrorunun qurbanı olub
10:05 Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
09:58 Müharibə başlayır, bu Avropa ölkəsi qorxu içindədir: Əhali “qara gün çamadan”ını hazırlayır
09:45 Bu gün hava necə olacaq?
09:36 Bakının iki rayonunda qaz olmayacaq