hemle

Əli Əsədov BƏƏ-nin Baş naziri ilə görüşdü

Tarix:15-02-2023, 14:56
Baxış Sayı:149

Baş nazir Əli Əsədov fevralın 15-də Dubay şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.

hemlemedia.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma çatdırıb.

Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Prezident İlham Əliyevin cari ilin 15-16 yanvar tarixlərində BƏƏ-yə işgüzar səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından rolu vurğulanıb.

Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin əhəmiyyəti qeyd edilib, Azərbaycanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə olunub.

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin həm ikitərəfli formatda, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişaf etdiyi vurğulanıb.

Birgə həyata keçirilən və hər iki ölkənin maraqlarına cavab verən layihələrin önəmi qeyd olunub.

Həmçinin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı