hemle

Əli Əsədov BƏƏ-yə getdi - FOTOLAR

Tarix:16-05-2022, 17:37
Baxış Sayı:403

Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə səfər edib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Əbu-Dabi Beynəlxalq Hava Limanında Baş naziri BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei qarşıladı. Suhail Al Mazrouei ilə qısa görüş əsnasında Baş nazir Əli Əsədov görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Baş nazir Əli Əsədov daha sonra BƏƏ Prezidentinin iqamətgahında bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb. Ə.Əsədov Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Hökuməti və xalqı adından BƏƏ-nin dövlət başçısına dərin hüznlə başsağlığı verib.

Şeyx Xəlifə bin Zayed Al Nəhyanın Azərbaycan-BƏƏ əlaqələrinin inkişafında böyük xidmətləri olduğu vurğulandı. Eyni zamanda yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin daha da çiçəklənəcəyinə, Azərbaycan-BƏƏ əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməyə davam edəcəyinə əminlik ifadə olunub.

Baş nazir Əli Əsədov, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumla görüşdü, ona dərin hüznlə başsağlığı verib.

Görüşlərdə iki ölkə arasında əlaqələrin uğurlu inkişafı xüsusi vurğulandı, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da gənişlənəcəyinə əminlik ifadə olunub.

Əli Əsədov BƏƏ-yə getdi - FOTOLAR


Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq