hemle

Milli Məclisdə işləmək istəyənlərin nəzərinə

Tarix:4-02-2023, 11:31
Baxış Sayı:117

Milli Məclisin (MM) Aparatı hüquqşünas ixtisası üzrə vakant vəzifələrə dövlət qulluğuna qəbul ilə əlaqədar müsabiqə elan edir. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq.

Bu barədə MM-dən məlumat verilib.

Müsabiqənin yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.

Müsahibə mərhələsində namizədlərin hüquq sahələrinə, o cümlədən konstitusiya, cinayət, inzibati, mülki, vergi, maliyyə, əmək və sosial təminat hüququna aid bilik səviyyəsi, hüquq normalarının mənasını aydınlaşdırmaq və fikirlərini səlis ifadə etmək bacarığı, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü müəyyən olunacaq.

Maraqlanan şəxslər öz tərcümeyi-hallarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Sənəd qəbulu 2023-cü il martın 3-dək davam edəcək. Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə müsabiqədə üstünlük veriləcək.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI