hemle

Paşinyanın arvadı İranda xoşagəlməz hadisə ilə üzləşib

Tarix:24-01-2023, 11:24
Baxış Sayı:125

Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu günlərdə İran paytaxtında keçirilən “Nüfuzlu qadınlar” Forumunda iştirak edərkən xoşagəlməz hadisə ilə üzləşib.

Bu barədə bəzi Ermənistan KİV-ləri jurnalist Nairi Ohikyana istinadən məlumat yayıb.

“Anna Akopyan İrandakı erməni icmasının nümayəndələri ilə görüşmək istəyəndə ümumi rədd cavabı alıb.

İran erməniləri Ermənistandan gələn “nüfuzlu qadın”ı görmək istəməyiblər, onlar hesab edibkər ki, satqınlarla danışacaq heç bir şey yoxdur.

Məndə olan məlumata görə, hətta Tehranın erməni kilsələrində də Anna Akopyanın ruhanilərlə görüşmək, xeyir-dua almaq imkanı olmayıb”, - Ohikyan yazıb.

Digər xəbərlər
15:17 Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
15:04 İsrailin öldürdüyü iranlı nüvə alimlərinin SİYAHISI
15:02 İranın İsrailə hücumu nəticəsində ölənlərin sayı artdı
14:59 Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
14:57 İrandan Azərbaycana təxliyə edilən ruslar Moskvaya nə vaxt göndəriləcək?
14:55 İsrail İrana qarşı hərbi əməliyyatı genişləndirdi
14:53 70 min nəfərin maaşı artırılacaq
14:48 Dünya qlobal müharibəyə bu qədər yaxın olmayıb - FƏLAKƏT XƏBƏRDARLIĞI