hemle

“Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərovla bağlı yazılanlar şantaj imiş

Tarix:20-01-2023, 09:58
Baxış Sayı:28


Əgər jurnalistikanın prinsiplərini və qanuna uyğunluqlarını nəzərə alsaq, jurnalist dəlil, sübut olmadan heç bir xəbəri fakt kimi yaza bilməz. Bundan başqa fakta söykənməyən hər hansı xəbəri yazmaqla şəxsiyyətə toxunma birbaşa cinayət məsuliyyətidir. Bəs görəsən belə xəbərləri yazıb sayta yerləşdirəndə o xəbər portalının rəhbəri hara baxır? Bəs görəsən şəxsiyyət və onun əmək fəaliyyəti haqqında sübutsuz gedən yazılardan sayt rəhbərləri nə mənafe güdür? Pul, yoxsa şan-şöhrət? Araşdırmalarla məşğul olan bir jurnalist kimi mən də bu menafeləri təhlil etməyə çalışdım. Mənim bu dəfəki təhlilim isə “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov haqqındadır. Real desək, tanınmış iş adamı Şamil Heydərov haqqında bəzi media nümayəndələri ağlına nə gəldi onu da qələmə alırlar. Şamil Heydərovun özü haqqında son günlər yalan və sübut edilməyən, mənbəyi olmayan bir çox yazılar mediada öz əksini tapmaqdadır. Halbuki Şamil Heydərov sahibkarlığın inkişafında və iqtisadiyyatımızın genişlənməsində həmçinin inkişaf etməsində böyük əmək sərf etməsindən habelə gördüyü işlərdən heç kim yazmır. Çox maraqlıdır ki, göz qabağında olan əvəzolunmaz işlər, inkişaf qalıb bir tərəfdə, amma ki faktı olmayan, baş verməyən hadisələr qələmə alınır. Mən belə düşünürəm ki, “Çin Karqo”-nun rəhbəri Şamil Heydərovun da belə jurnalistlərə bir cavabı ola bilər ki, ” sizə gülməyim gəlir”. Bəlkə də tanınmış iş adamı daha tənqidi yanaşardı belə jurnalistlərə və bu tip yazılara. Amma ki, mənim zənnimcə faktsız- sübutsuz olan yazılar, xəbərlər sadəcə məqsəd yönümlü olaraq nəzərdə tutulub və bisavadlıqdan xəbər verir. Bütün bunların şahidi olduqda isə belə məqamlar gülüş doğurur. Əziz həmkarlar hər hansı bir fərd haqqında xəbər yazanda mütləq fakt göstərin ki,” bisavad “görünməyəsiniz.

Jurnalistlərə tövsiyyəm odur ki, kiminsə haqqında əsası olmayan nəyisə yazanda, ilk növbədə özünü barəsində o formada yazı yazılan şəxsin yerində görsünlər…Yazılanlar şər və böhtandır və jurnalistə layiq olmayan hərəkətlərdir.
Onu da qeyd edim ki, iş adamı Şamil Heydərov bütün kapitalını Azərbaycanın iqtisadiyyatının yüksəlməsinə görə, ölkəmizə yatırıb. Dövlətimizin iqtisadi gücünün artmasında əlindən gələn köməkliyi əsirgəməyən Şamil Heydərov ölkə rəhbərinin bütün çağırışlarına qoşularaq, Pandemiya, 44 günlük Vətən Müharibəsi, Azərbaycan Ordusuna Yardım Fondu və Yaşat Fonduna ümumilikdə 500 minə yaxın ianə etmişdir. Atılan bu addımlar ölkə başçısına və onun ailəsinə sadiqliq nümayişidir.
Xüsusilə vurğulayım ki, şər-böhtan xarakterli yazılar yazan saytlar ilə bağlı iş adamı məhkəməyə müraciət edib. Həmçinin əsassız xəbəri dərc edən saytlarla bağlı hüquq-mühafizə orqanlarına rəsmi məktub ünvanlanıb.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar