hemle

"Kredit faizləri çox yüksəkdir" - Deputat şikayətləndi

Tarix:19-01-2023, 18:46
Baxış Sayı:137

"Bu gün Azərbaycanda fəaliyyət göstərən bankların verdiyi kreditlərin faizləri (18 %-dən 26 %-ə qədər) çox yüksəkdir".

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, buna görə də vətəndaşlar bu məsələdə çox əziyyət çəkirlər: "Problemli kreditlər portfelinin şişməsinin səbəblərindən biri də məhz budur. Kredit məsələsində sahibkarların, yəni bankların hüquqları da nəzərə alınmalıdır. Lakin bu elə olmalıdır ki, həm vətəndaş qazansın, həm də banklar gəlir əldə etsin".

Bir müddət əvvəl çox sayda bankların ləğv olunduğunu xatırladan deputat deyib ki, həmin banklarda olan əmanətlərin idarə olunması aidiyyəti fonda həvalə olunub: "Bir neçə şikayətçi seçici görüşlərdə bizə müraciət edir ki, ləğv olunan bankdan kredit alıb və bu günə qədər də öhdəliyinə götürdüyü məbləğin iki mislini də ödəyib. Amma Əmanətlərin Sığortlanması Fondu vətəndaşdan götürdüyü kredit məbləğindən artıq vəsait tələb edir.

Axı bank ləğv olunub, vətəndaş da lazım olan məbləği artıqlaması ilə ödəyib. Vətəndaş sosial dəstəyə ehtiyacı olan təbəqəyə aiddir. O, kredit götürdüyü zaman evini girov qoyur, borcu qaytara bilmədiyi üçün isə evi hərraca çıxarılaraq satılır və o, çöldə qalır. Ona görə də, təklif edirəm ki, həssas təbəqədən olan şəxslərə dəstək göstərilsin. Bu məsələ hansısa formada tənzimlənməlidir".

Digər xəbərlər
21:56 Ermənistanın hərbi təcavüzü məhkəmədə - Tərtər döyüşlərinin şahidi danışdı
21:51 Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
21:49 Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?
21:45 Elgün İbrahimovun ölümündə maraqlı məqam
19:21 "Azəriqaz” İB-də 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı keçirilib
18:42 Azərbaycanın müstəqilliyinin 107 illiyi münasibəti ilə Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu kitab sərgisi keçirdi
10:52 Yaxın 5 il ərzində baş verəcək - Dünyanı görün hansı təhlükə gözləyir
10:48 Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi