hemle

Agentlikdə yüksək vəzifəyə TƏYİNAT

Tarix:16-12-2022, 11:11
Baxış Sayı:122

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini vəzifəsinə yeni təyinat olub.

Qurumun yaydığı məlumata görə, sözügedən vəzifə Aygün Zeynalovaya həvalə edilib.

O, bundan əvvəl AREA-nın Layihələrlə iş və hüquq şöbəsinə rəhbərlik edib və yeni vəzifəsində Təbriz Əmmayevi əvəz edib.

A.Zeynalova Bakıda anadan olub, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirib, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Strasburq Universitetində (Fransa) Avropa Hüququ və Beynəlxalq Hüquq ixtisası üzrə magistr dərəcəsi alıb, Avropa İttifaqının tam təqaüdü ilə Belçika Krallığının Avropa Kollecində Avropa hüququ üzrə magistr təhsili alıb, hazırda London Kral Kollecində Beynəlxalq maliyyə və kommersiya hüququ üzrə magistr proqramında təhsilini davam etdirir.

O, əmək fəaliyyətinə 2012-ci ildə Lüksemburqda yerləşən Avropa İttifaqının Ədalət Məhkəməsində hüquqşünas kimi başlayıb, fəaliyyətini özəl sektorda korporativ hüquqşünas və baş hüquqşünas olaraq davam etdirib, Maliyyə Monitorinqi Xidmətində və digər qurumlarda məsul vəzifələrdə çalışıb.

A.Zeynalova 2014-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, ingilis, fransız, türk, rus, Niderland dillərini bilir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir