hemle

İraq türkmanlarının lideri Erşat Salihi: “Türkman olmadan qurulan hökumət itirilmiş deməkdir”

Tarix:24-04-2020, 00:33
Baxış Sayı:626

İraq Türkmən Cəbhəsinin lideri Erşat Salihi türkmən olmayan bir İraq hökumətinin itirilmiş olacağını bildirdi.

Turkustan.info xəbər verir ki, Erşat Salihi, İraq Türkman Cəbhəsinin (İTC) 25 illiyi ilə əlaqədar Kərkükdə bir mərasimdə çıxış etdi. Salihi, Türkmanların 25 ildir İraq Türkmən Cəbhəsi altında toplaşdıqlarını və İTK-nın dünyaya üz tutduğunu bildirdi.

Türkmanlərin ölkədəki “məzhəb fitnəsinin” qarşısını alacağını vurğulayan Salihi, İraqda yeni hökumətin qurulması prosesinə də toxundu. O, yeni hökumətin qurulmasının həvalə olunan Milli Kəşfiyyatın rəhbəri Mustafa Əl-Kazimi’nin də yeni kabinetə Türkmanların da daxil edilməsinin zəruliyini bildirdi: “İraqın ərazi bütövlüyünü qoruyan türkmanlarsız bir hökumət itirilmiş olacaq”.

Qeyd edək ki, İraq prezidenti Berhem Salih Mustafa əl-Kazımiyə 9 apreldə yeni hökumətin qurulması tapşırığını verdi. Konstitusiyaya görə, Kazimi 30 gün ərzində hökuməti qurmalıdır.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya