hemle

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Tarix:8-12-2022, 15:11
Baxış Sayı:125

"Azərbaycanda dərman bazarına ən pis təsir edən qərar Tarif Şurasının dərman vasitələrinin qiymətinin tənzimlənməsi qaydaları oldu".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bu qaydalar tətbiq edildikdən, dərmanların qiyməti artır, keyfiyyəti isə aşağı düşür:

"Ona görə ki, istehsalçı ölkələr və molekullar üzrə təsnifat qərarı alınır. Bu zaman molekulların ən ucuzu, keyfiyyətsizi alınıb ölkəyə gətirilir, keyfiyyətli dərman qıtığı yaranır və qiymətlərin yüksəlməsi prosesi baş verir. Ölkədə Tarif Şurasının tənzimlənməsi tətbiq olunandan, onlarla kiçik və orta şirkətlər iflas edib bazardan çıxdılar. Böyük şirkətlər qalıblar ki, onlar da qiyməti diktə etməkdə çətinlik çəkmirlər".

Ekpsert qeyd edib ki, dərman preparatları ilə bağlı ən vacib qərar Tarif Şurasının tənzimləmə mexanizminin ləğv olunmasıdır:

"Bununla yanaşı, bu sahə ilə bağlı gömrük rüsumları sıfırlanmalı, ƏDV isə nəzərəçarpacaq formada aşağı salınmalıdır. Dərman preparatlarında qiymətin 35-40 faizini vergi və gömrük rüsumları təşkil edir. Belə ki, 10 manata aldığımız dərmanın 4 manatını vergi və gömrük rüsumu formasında ödəyirik. Daxili istehsal yoxdursa, bu qədər yüksək vergi və gömrük rüsumu olmamalıdır. Bu, həssas və sosial sahə olduğundan, qərarlara yenidən baxılmasına ehtiyac yaranıb".

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ