hemle

Apteklərdə yoxa çıxan dərmanlar “qara bazar”da peyda olur - FAKT

Tarix:25-12-2020, 11:03
Baxış Sayı:377

Son həftələr əhalinin əsas şikayətlərindən biri budur ki, apteklərdə bəzi zəruri dərman vasitələrini tapmaq olmur. Xüsusən COVİD-19 xəstələrinin vəziyyətini nisbətən yüngülləşdirən bəzi preperatlar var ki, onlar yoxa çıxıb. Əslində yoxa çıxmayıb, “qara bazar”a düşüb və əl altından baha qiymətə satılır.

Məsələ ilə bağlı müraciət etdiyimiz İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidmətindən bildirildi ki, koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb:

“Bu səbəbdən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər gücləndirilib”.

Dövlət qurumu qeyd edir ki, mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir. İndiyədək Tarif (qiymət) Şurası tərəfindən 12.114 dərman vasitəsinin qiyməti təsdiqlənib. Xidmət rəsmilərinin sözlərinə görə, dərman vasitələrinin qiyməti, onların ticarət adı, təsiredici maddəsi və dozası, farmaseptik forması, ticarət qablaşdırması, miqdarı istehsalçı ölkələr üzrə müəyyən edilir:

“Dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri qeyd olunmalıdır. Dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən bütün təsərrüfat subyektləri bu tələblərə əməl etməlidir. Dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur”.

Qurumdan onu da söylədilər ki, istehlakçılar dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə məlumatları Tarif Şurasının, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsindən əldə edə bilərlər:

“İstehlakçılar dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirməlidirlər. Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda Xidmətin “qaynar xətt”inə (498-15-01, 498-15-04) müraciət edə bilərlər. Aparılan monitorinqlər zamanı qanun pozuntusu halları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək”.

Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial məsələlər üzrə ekspert İlqar Hüseynli isə deyir ki, apteklərdəki qıtlıq və süni qiymət artımı bir-biri ilə zəncirvari bağlı olan çox ciddi problemlərdən xəbər verir:

“Burda aptek ən sonuncu instansiyadır. Bu sektorda istehlakçıya xidmət edən ən son instansiya apteklərdir. Təbii ki, apteklərin də qüsuru var, amma ümumən götürəndə aptekə qədər gerçəkləşən dərman təchizatı ilə bağlı zəncirvari proses var ki, biz öncə o proses zamanı nələrin baş verdiyinə aydınlıq gətirməliyik”.

Ekspertin sözlərinə görə, Azərbaycanda dərman təchizatının 92-93 faizi tam olaraq idxaldan asılı vəziyyətdədir:

“Azərbaycan ötən illər ərzində müasir standartlara cavab verən zavod texnologiyasını tətbiq edə bilməyib və dərman istehsalımız bərbad vəziyyətdədir. Bilirəm ki, bununla bağlı Sumqayıt Texnoparkında ərazi ayrılıb, İran və Rusiya şirkətləri ilə müəyyən əməkdaşlıq başlayıb. Amma uzun çəkən bir prosesdir və pandemiya dövründə biz bunu çatdıra bilmədik. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi ondan ibarətdir ki, hər bir dərman preparatı, molekullar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir və daha sonra ölkəyə gətirilir. Çünki biz idxaldan asılı ölkəyik. Çox böyük bir bürokratik qeydiyyat sistemi var. Qeydiyyat sistemi sadələşdirilməlidir ki, sahibkar çevik surətdə ölkədə yaranan dərman defisitini aradan qaldıra bilsin”.

İ. Hüseynli qeyd etdi ki, hər bir dərman vasitəsinin üzərinə Tarif Şurasının müəyyən etdiyi qiymətlər yapışdırılmalıdır:

“Burdan istehlakçılara müraciət edərək deyirəm ki, aptekdən aldıqları dərman preparatlarının üzərində qiymət yoxdursa, o, sizə baha qiymətə təklif olunursa, qanun pozulur və sizin hüququnuzdur ki, istər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, istərsə də Səhiyyə Nazirliyinin “qaynar xətt”inə müraciət edəsiniz. Təəssüf ki, fürsətçilik edib, bazarda süni qiymət artımına gedənlər var”.

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR