Bu millətə dəxli olmayan və başımıza müsəlləf etdiyimiz antitürk ünsürlər, Azərbaycan türklərini Avrosentrizstlərin mürtəce Qara dəniz — Xəzər arası ərazilərin türksüzləşdirilməsi planına dəstək verərək qabiliyyətsiz və istedadsız bir xalq kimi təqdim etməklə öz ağalarına «Ayı xidməti» göstərməkdədirlər. Zamanında Roma imperiyasının bölücülük missiyası üçün yaratdığı «broyler xalqlar» Azərbaycan türklərinin üzərinə qısqırdılıb. Türkü kiçiltmək üçün onun düşmənini kiçildiblər.
Bu gün düşdüyümüz duruma görə bütün cinayətlərdə əli olan ruslar və farslar bizim nailiyyətlərdən yararlanaraq dünyaya Azərbaycan türklərini «bazar adamı», «biidraki etrak» kimi təqdim etməyə çalışmaqdadırlar. Bu gün öz silahları ilə dünyaya meydan oxuyan rusların qorxunc silahları və nailiyyətləri altında bir Azərbaycan türkünün imzası dayanmaqdadır…
Bu gün proseslər sürətlənib. İstər ölkə daxilində, istərsə də ölkə xaricində sövdələşmiş güclər İrəvan xanlığının ərazilərini türksüzləşdirdikləri kimi, Qarabağ xanlığının ərazilərinə keçdilər. Zəngəzur və Dağlıq Qarabağ adıyla bölünən ərazilər tam və qismən hələ Rus-Sovet imperiyası zamanında türksüzləşdirilmişdi. Eyni siyasətin davamını izləməkdəyik və bu işdə marağı olanlar daxildə günbəgün güclənməkdədirlər. Bu gün təkcə Qarabağın deyil, Kür-Araz ovalığının başı üzərində bir kabus dolaşmaqdadır. Şəxsi ambisiyalarını Vətənin və dövlətin maraqlarından üstün tutan bir para işbaz hesabına elə bir duruma gəlmişik ki, «bu gün tez olsa da, sabah çox gec ola bilər».
На изображении может находиться: 1 человек, часть тела крупным планом
Azərbaycan xalqı heç də deyildiyi və televiziyaların təqdim etdiyi kimi yaramaz insanların məmləkəti deyil, Azərbaycan dünya tarixinin başlandığı zaman, Azərbaycan Tanrının ayaq basdığı məkan və Azərbaycan türkləri isə bəşəriyyətin toxumudur. Bunu dünya elmi yaxşı bilir. Bunu bizlərin dərk etməməsi üçün türlü-türlü akademik institutlar yaradıb beyinləri yuyurlar. Azərbaycan gizli Oğuz elminin məkanıdır. Durmadan bizləri elmsiz qoymağa çalışan təhsil sistemimiz, məhvə məhkum edilmiş informasiya məkanımız və günbəgün harınlaşmaqda olan məmurların ucbatından «çörək uğrunda mübarizəyə» düçar edilmiş bir topluma çevrilməkdədir. Millətin bütün nailiyyətlərini qara yaxmaq üçün hədəfə çevirən «Haykanuşun bicləri» 24 saat növbədədirlər.
Amma bu millət oyanacaq. Tarix yenidən bu məmləkətdən doğacaq. Sizə təkcə Rusiyanı dünya dövləti kimi təsdiqləyən azərbaycanlılar haqqında məlumatları diqqətinizə çatdıracağam. Gerisini özünüz arayın və axtarın. Özünüzü tanıyın. Sən haqqında uydurulan iftiraların fövqündə dayanan bir millət olduğunu anlamaq zorundasan.
Rus atomunun yaradıcılarından olan- Çayxorski
Abas Çayxorski 1917-ci ildə indiki Ermənistanın Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olmuşdu. 1918-ci ildə Qərbi Azərbaycanda ermənilər tərəfindən öz doğma yurdlarından qovulması nəticəsində ailə əvvəlcə Ağdama, oradan da Ağdaşa köçür. Gələcək alimin uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra Bakıda texnikuma daxil olur, ali təhsilini isə 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində alır.
Rusya'dan dünyayı yok edebilecek güçte atom bombası
“Çayxorski” soyadının yaranmasının maraqlı tarixçəsi var. Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-da yaşayan oğlu Aleksandr müsahibələrindən birində söyləyir: ulu babası inanclı adam olduğundan soyad kimi “Çaxırlı” yox, “Çayxorlu” (“çay xoşlayan”) soyadını seçir. Onun həm də liberal baxışlı insan olduğunu xatırladan Aleksandr buna baxmayaraq, ulu babasının çar 3-cü Aleksandr tərəfindən Polşaya sürgün olunduğundan bəhs edir. Elə Polşada da həmin soyad polyak sayağı formasını alır — “Çayxorski”.
O, 2 ay Bakı artilleriya məktəbində təhsil almış, 1941-ci ilin avqustundan Cənub, Qafqaz, Krım və Şimali Qafqaz cəbhələrində vuruşmuşdur. 1942-ci ilin avqustunda yaralanaraq hospitala götürülür. Sağaldıqdan sonra baş serjant rütbəsində ön cəbhəyə qayıdır, 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq edir, 1945-ci ilin yanvarında Kalininqrad istiqamətində gedən döyüşlərdə 2-ci dəfə yaralanır, həmin ilin fevralında göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli Şöhrət Ordeni ilə təltif olunmuşdur.
1945-ci ilin 21 aprelində Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə yenidən fərqlənir və iyunda Qızıl Ulduz Ordeninə layiq görülmüşdür.
На изображении может находиться: один или несколько человек и люди стоят
Müharibədən sonra Bakıya dönən Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçirirlər.
1947-ci ildə o, Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilir və burada İqor Kurçatovla birlikdə fəaliyyət göstərir. Xatırladım ki, İ. Kurçatov da Bakı Neft Akademiyasında təhsil almışdı. Kurçatov Çayxorskini öz davamçısı hesab edirdi. Abas Çayxorski SSRİ-də nüvə məsələsini araşdıranların zarafatla “Bakı klubu” adlandırıldığını deyirdi. Səbəb isə Landaunun Bakıda anadan olması, Abas Çayxorskinin azərbaycanlı olması, məşhur kimyaçı Kurçatovun isə öz təhsilini Bakıda alması idi.
1969-cu ildə Abas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər (1991-ci il) — 22 il bu vəzifədə qalır. Bu 22 il ərzində daha bir hadisə baş verir — oğlu Aleksandr mühacirət edir. Aleksandrın SSRİ-dən getmək cəhdləri 10 il davam edir, sonunda o, İsveç vətəndaşı olan bir qadınla nikaha girərək 1987-ci ildə Stokholma yollanır.
İran Atom Bombası Denedi' - istanbulgercegi.com
Onun nəzəri elmi tədqiqatları SSRİ-də yüksək qiymətləndirilir. Abas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçıdır, habelə hələ 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasını artırmaq fakültələrinin tədris proqramına salınmışdı.
SSRİ-nin süqutundan sonra Abas Çayxorski həyat yoldaşı ilə birlikdə yaşamaq üçün ABŞ-a, oğlunun yanına yollanır. Bu, 1997-ci ildə baş verir və həmin vaxt onun artıq 80 yaşı vardı. SSRİ dönəmində yaxın adamına görə bir adamı narahat etmək, vəzifədən çıxarmaq adi iş idi. Lakin bu öz sahəsinin tək-tük mütəxəssisi olan Çayxorskiyə qəti aid edilmir. əksinə o, daha da irəliyə getməyi bacarır və “xalqlar həbsxanası”nın atom strategiyasına nəzarət edir. Yalnız 1997-ci ildə, müstəqil Rusiya dönəmində alimə qarşı bəzilərində illər ərzində qalaqlanmış kin özünü büruzə verir. Çayxorski 1997-ci ildə 80 yaşında yeganə oğlunun yanına ABŞ-a gedərək yaşadığı Rusiya xüsusi orqanları tərəfindən səhv anlaşılır. Rusiyanın hökumət orqanları onu bütün titullardan məhrum edir və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam alır. O, ABŞ-da da elmi fəaliyyətini davam etdirir, molekulyar biologiya ilə məşğul olur. Amma həm qocalıq, həm də başqa psixoloji amillər alimə Amerika elmi cəmiyyətində uğur qazanmasına mane olur.
Ömrünün son illərində Abas Çayxorski dəfələrlə Bakıya da gəlir, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru seçilmiş, məqalələri Akademiyanın mətbu orqanında dərc olunmuşdur. Mendeleyev cədvəli 100 il öncə hazırlanmışdı və müasir kəşflərlə səsləşməyən məqamları ilk görən Çayxorski olub. Bakıda müsahibələrinin birində bu barədə demişdi: «Ancaq mən bu barədə beynəlxalq simpoziumda məlumat verdikdən sonra çox şeylər asanlaşdı. Artıq iki il sonra mənim cədvəlim SSRİ Təhsil Nazirliyinin fərmanı ilə Mendeleev cədvəlinə əlavə olaraq kursa daxil edildi. Ölkənin qabaqcıl Ali məktəblərinin müəllimlərinin təkmilləşdirmə kurslarında öyrədildi. Və 1978-ci ildə, mənim monoqrafiyam nəşr olundu. Dünyada yeganə monoqrafiyadır — Neptunium kimyası».
Oğlu Aleksandr xatırlayır ki, atası hələ uşaq olarkən bir qaraçının söylədiyi fala inanırmış: falçı ona məşhur alim olacağını və 90 il yaşayacağını söyləyibmiş. O cür də olur: Abas Çayxorski artıq 1950-ci illərdə böyük alim idi, ömrünü isə 91 yaşında — 2008-ci ildə, Nevada ştatının Rino şəhərində başa vurmuşdu.Ölümündən bir il sonra, 2009-cu ildə Abas Çayxorskinin oğlu Aleksandr Çayxorski atasının külünü Azərbaycana gətirir və Bakıdakı qəbiristanlıqlardan birində dəfn edir.
Oğlu 80 yaşında öz vətənindən yola salınan atasının son sözlərini də belə xatırladıb:
“Mənə qarşı düzgün addım atmadılar. Zəhmətimlə qazandığım titulları aldılar, məni bircə xalq düşməni çıxarmaları qalmışdı. Lakin onlar mənim alim olduğumu unutdular. Mən, sadəcə, elmlə məşğul olurdum. Dəstək olsaydılar, daha çox nailiyyətlər əldə edə bilərdim”.
Bu da azərbaycanlı alim, hər kəsin “Atom kralı” kimi tanıdığı, adı uzun illər SSRİ-nin “məxfi alimlər”i siyahısında olan azərbaycanlı, Rusiyanın Atom-nüvə sahəsinin yaradıcılarından və inkişaf etdirənlərindən birinci olan Abas Çayxorskinin həyatı. Bu gün Rusiya Çayxorskinin nailiyyətlərinə söykənərək dünyaya meydan oxumaqdadır…
Nevada ştatında rəhmətə gedən Abbas Çayxorski nüvə reaktorlarının yaradıcısı, həm də Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru idi…
Atom bombası nedir? Atom bombası hakkında bilgiler
Tektonik silahın dünyadakı ilk ixtiraçısı — İkram Kərimov
İkram Kərimov Ağdam rayonunda anadan olub. İlk tektonik silahın yaradıcısı, zəlzələşünas alim kimi məşhurdur. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professordur. İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri, mətbuatı tərəfindən gizli saxlanılır. Barəsində, kiçik istisnalarla, məlumat əldə etmək olduqca çətindir. Hazırda adı dünyanın elm sahəsində qızıl onluqdakı alimlərin adları arasındadır.
На изображении может находиться: 1 человек, костюм
İkram Kərimov, 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovun tövsiyəsi ilə seysmologiya ixtisasını seçmişdir. Professor dərəcəsi alan Kərimovun 1968-ci ildə «Merkuri-18» məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahını ixtira edib.
SSRİ Müdafiə Nazirliyi İkram Kərimov başda olmaqla, bir qrup alimi gizli seysmik laboratoriyalarda aparılan və tektonik silahın kəşf edilməsinə yönələn tədqiqat işlərinə cəlb etdi. Tektonik silahın yaradıcısı qarabağlı İkram Kərimovdur. Bir neçə il ardıcıl olaraq keçirilən sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi Kərimovun yeni metoduna patent verərək, onu qeydə aldı. Bu kəşf məhz SSRİ Müdafiə Nazirliyi tərəfindən “Merkuri” kodu adı altında həyata keçirilən geofiziki (tektonik) silahın hazırlanmasında istifadə edilməyə başladı. 1987-ci il noyabr ayının 30-da isə Sov. İKP MK və SSRİ Nazirlər Kabineti 1384-345 saylı qətnamə qəbul edərək, geofiziki silahın yaradılması barədə alimlər qarşısında yeni vəzifələr qoydu.
Sonralar “Soverşenno sekretno” qəzeti yazırdı:
«1970-ci illərin sonlarında azərbaycanlı alim İkram Kərimov və onun rəhbərlik etdiyi elmi-tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirdilər. Əvvəllər belə zəlzələ xəbərçilərini yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimov və onun qrupu yeni elmi metodla adıçəkilən cihazlara ehtiyac olmadan öncədən zəlzələ əlamətlərini müəyyən etmişdilər».
У России есть «тектоническое оружие», которое вызывает и гасит ...
Bir neçə il ardıcıl olaraq keçirilən sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi Kərimovun yeni metoduna patent verərək, onu qeydə aldı. Bu kəşf məhz SSRİ Müdafiə Nazirliyi tərəfindən «Merkuri» kodu adı altında həyata keçirilən geofiziki (tektonik) silahın hazırlanmasında istifadə edilməyə başladı. SSRİ Nazirlər Kabinetinin 1384-345 nömrəli qərarı ilə 30 noyabr 1987-ci ildə İkram Kərimova böyük səlahiyyət verilir. 1995-ci ilə qədər öz qrupu ilə Azərbaycanda qalmışdır. Dünyanın müxtəlif bölgələrinə səpələnən rus kəşfiyyatındakı sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqiqatların surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat alır. Amerikalılar isə oğurladıqları araşdırmalar əsasında 1990-cı illərdə, Alyaskada HARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başladılar.
Venesuela prezidenti Uqo Çaves bəyanat verərərək, ən az 175 min nəfər insanı öldürən Haitidəki güclü bir zəlzələ, «ABŞ HD Donanması tərəfindən aparılan sınaq zamanı həyata keçirilmiş «bir növ yoxlanış zəlzələsi» olduğunu bildirmişdi. İspaniya qəzeti ABC-nin istinadən verdiyi xəbərə görə, Haitini yer üzündən silən təcrübə testləri ilə ABŞ, İranda zəlzələlər törətməklə ölkəni məhvini və İslamçı rejimi devirməyi hədəfləmişdi.
Çaves bildirmişdi ki, rusların qurduğu avadanlıqlarla 2008-ci ildən ABŞ donanmasını Karib hövzəsində izləməkdədir.
Ermənilər Spitakda 1988-ci ildə baş verən zəlzələdə onu ittiham edirdilər. Onlar hesab edirdilər ki, Kərimov silahı Ermənistan üzərində sınayıb və ermənilərdən qisas alıb. Yəni onun məşhurluğundan xəbərdar olan erməni toplumu bu yolla elm xadimindən qisas almağa çalışıb.
2002-ci ildə isə Rusiya, Gürcüstanda tektonik silah istifadə etməkdə günahlandırıldı. Tbilisidə baş vermiş 6 bal gücündə zəlzələdən sonra Gürcüstanın Yaşıllar Partiyasının lideri Georgi Qaçeçeladze Rus əsgərlərinin Abxaziyadakı seysmik monitorinq üzrə Eşer stansiyasının imkanlarından istifadə edərək süni şəkildə titrəyişlər etdiyini bildirmişdi.
В.Л. Правдивцев. «Литосферное оружие»
Xatırladaq ki, Eşer seysmoloji laboratoriyasında, hətta Sovet dövründə, tektonik silahların yaradılması üzərində işləyirdilər.
Daha sonra rus mənbələrinə istinadən, Qaçeçeladze, Eşer seysmoloji laboratoriyasının ən gizli obyektlərdən biri olduğunu və Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargahına tabe olduğunu qeyd etmişdi.
Yaşılların lideri, seysmologiya sahəsində görkəmli rus alimi Aleksey Nikolayevin, Orta Asiyada 70-ci illərdə hərbi texnikanın tektonik silahların istifadə olunduğunu və Pamirdə hərbçilər tərəfindən 7 bal gücündə zəlzələ törədildiyini dediyini xatırlatmışdı.
İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri tərəfindən gizli saxlanılır və onun barəsində məlumatları əldə etmək olduqca çətindir.
Rus mətbuatı yazır: «Professor Kərimovun «Hiperboloidi». 1979-cu ilin mayında İkram Kərimovun rəhbərlik etdiyi bir qrup azərbaycanlı alim geofizika sahəsində fundemental bir kəşf etdi. («Итоговый отчет по научно-исследовательской работе за 1994 год по программе «Вулкан» Центра сейсмологии Академии наук Азербайджана под грифом«совершенно секретно», экз. № 2) .
Kərimov «zəlzələ öncəsi anomal seysmik səs-küylərin olması qanunauyğunluqdur, microseysm … Toplanan nəzəri və eksperimental materiallar bizə müəyyən təsirin tipinə, gücünə, tezliyinə və müddətinə uyğun olmaqla, effektiv təsir üsulunu inkişaf etdirməyə imkan verdi.»
Тектоническое оружие: как СССР собирался смыть США в океан ...
Başqa sözlə, tektonik silahın atası olan İkram Kərimov, bundan başqa, yeraltı prosesləri idarə etmək üsulunu tapdı. Bəşəriyyətin uzunmüddətli arzusuna yaxın — zəlzələlərin vaxtında proqnozlaşdırılması üsulunu da kəşf etdi. Bu ixtiraçı qrup İsmayıllıdakı zəlzələləni dörd gün əvvəl, Rumıniyada — on bir gün əvvəl, Kurildə — on beş gün qabaq qeyd etməyə imkan verdi …
İkram Kərimovun yaratdığı elmi sistemdən bütün dünya bəhrələnməkdədir. İlk dəfə, məhz İ. Kərimov qlobal istiləşmənin atmosferdən deyil, yer qabığının qızması nəticəsində baş verdiyini müəyyən edib.
Dünya şöhrətli elm xadimi haqqında məxfi məlumatlardan sızdırılan az miqdar informasiyaları diqqətinizə çatdırmaqla iki super gücün öyündüyü tektonik silahın banisi olan soydaşımız İkram Kərimovu sizlərə tanıtmağa çalışdıq.
Yazı yerli və Rusiya mətbuatının materialları əsasında hazırlanıb.
ARDI VAR
Fedai.az Araşdırma Qrupu
AVMVİB Mətbuat Xidməti