hemle

Cəlilabad gəncləri üçün sahibkarlıq mövzusunda maarifləndirici təlimlər keçirildi.

Tarix:25-11-2022, 19:00
Baxış Sayı:167

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi “Gənc sahibkar” layihəsi çərçivəsində 25 noyabr tarixində Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində 18-29 yaşlı gənclər üçün sahibkarlıq mövzusunda təlim keçirmişdir.

Tədbiri giriş sözü ilə layihənin rəhbəri Rövşən Bağırov açaraq layihənin məqsədindən və rayon gəncləri üçün əhəmiyyətindən bəhs etmişdir. O, qeyd etmişdir ki layihənin əsas məqsədi Cənub rayonlarında yaşayan gənclər arasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və bununla bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində sahibkarlıq mövzusunda maarifləndirici təlim təşkil edilmişdir. Təlimdə 18 nəfər Cəlilabaddan olan fəal gənclər iştirak etmişdir. Təlim zamanı onlara sahibkarlıq fəaliyyətinə başlamaq üçün müasir bazarın tələbləri və üstünlükləri, şəxsi biznesin yaradılması, sahibkar olmaq üçün vacib olan amillər və qanunvericilik haqqında ətraflı məlumat verilmiş və maraqlı fikir mübadiləsi aparılmışdır. Tədbirdə Cəlilabad rayonu Gənclər və İdman idarəsinin rəis müavini Vüqar Cavadov çıxış edərək layihənin rayon gəncləri üçün əhəmiyyətindən danışmış və təlimin işinə uğurlar arzulamışdır. Daha sonra gənclər Cəlilabad rayonunun biznes imkanlarını təhlil etmiş və ən yaxşı biznes ideyanın seçilməsi üzrə qrup çalışmaları, təqdimatlar həyata keçirmiş və seçilmiş ideyaların SWOT analizini aparmışlar.

Tədbirin sonunda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikatlar təqdim edilmişdir.

Məlumat üçün bildiririk ki, Cənub rayonlarında sahibkarlıq mövzusunda təşkil edilmiş təlimlər Astara, Lənkəran, Lerik, Masallı və Cəlilabad rayonlarında baş tutmuş və ümumilikdə 109 nəfər gənci əhatə etmişdir.

Layihə nəticəsində Cənub rayonlarının mümkün iqtisadi potensialı, uyğun biznes ideyaları qiymətləndirildi.

Bununla yanaşı daha çox gəncləri məlumatlandırmaq üçün sahibkarlıq mövzusunda nəşr edilmiş 1000 ədəd buklet gənclər arasında paylanmışdır.




Digər xəbərlər
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş